Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Honours Academy”da tələbələr necə aldadılır? -Əlavə ödənişlər edilməlidir……

“Honours Academy”da tələbələr necə aldadılır?
“Honours Academy” adlı hazırlıq kursundan narazılıq edilib.
Yenixeber.org: Kursun tələbəsinin sözləriə görə, dərslər iki mərhələdən — əsas və təkmilləşdirmə dərslərindən ibarətdir. Əsas dərsin vaxtı əvvəlcədən elan olunsa da, təkmilləşdirmə dərslərinin cədvəli əvvəlcədən təqdim edilməyib.
Təkmilləşdirmə dərslərində əsas dərslərdə keçilən mövzuların təkrarı və ev tapşırıqlarının izahı aparılır. Şikayətçi iddia edir ki, kursa ödəniş etdikdən sonra onu “WhatsApp” qrupuna əlavə ediblər və heç bir tələbənin fikri nəzərə alınmadan təkmilləşdirmə dərsinin vaxtı kurs rəhbərliyi tərəfindən birtərəfli şəkildə müəyyən olunub.
“Təkmilləşdirmə dərsinin vaxtı mənə uyğun olmadığını bildirdim, lakin kurs əməkdaşı ‘vaxtı biz təyin edirik, heç nə etmək olmur’ dedi. Beləliklə, mənim kursa ödədiyim pul boşa getdi. Düşünün, kursa gedirsən, həftəsonu dərs keçirsən, amma dərslə bağlı suallarını vermək imkanın olmur,” – deyə vətəndaş qeyd edib.
Narazı kurs iştirakçısı hesab edir ki, təkmilləşdirmə dərslərinin vaxtı da əsas dərslər kimi əvvəlcədən elan edilməli və tələbələrin imkanları nəzərə alınmalıdır.
Qeyd: Honours Academy-nin direktoru Elxan Məmmədovdur. O, ACCA-nin rəsmi nümayəndələri ilə görüşlər zamanı akademiyanın direktoru kimi iştirak edib.(32gun.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam