XİN başçısı: Azərbaycan üzərindən Şərq-Qərb marşrutu ilə daşınan yüklərin həcmi 90 faiz artıb
Azərbaycan üzərindən Şərq-Qərb marşrutu ilə daşınan yüklərin həcmi 90 faiz artıb.
Yenixeber.org xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov estoniyalı Marqus Tsaxna ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, nəqliyyat-kommunikasiya sahəsi Avropa İttifaqı-Azərbaycan münasibətlərində hər zaman ən vacib mövzu olub:
"Rusiya-Ukrayna müharibəsindən sonra bu məsələ daha da aktuallaşıb. Həmçinin TRİPP marşrutu reallaşarsa, 15 milyon ton yükün daşınması reallaşa bilər. Bu, Asiya ölkələri üçün də çox böyük imkanlar vəd edir".










AZ
RU