Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nəsimi rayonunda tarixi binanın zirzəmisini hansı məmur satıb? -VİDEO

media-22

Tarixi binada yaşayan 21 ailə təhlükə ilə üz-üzədir…

media-98

Yenixeber.org: Paytaxtın Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi, 150 ünvanında yaşayan sakinlər iddia edir ki, yaşadıqları binanın zirzəmisni bir şəxs alıb və orda tikinti- qazıntı işləri aparır. Bu da binanın bünovrəsinə, fasadına ciddi təsir edir.

Onlar deyir ki, zirzəmini alan şəxs İran vətəndaşıdır və zirzmidə iaşə obyekti tikmək istəyir. Sakinlər bildirir ki, təhlükəsizlik bir yana, rahatlıqları da qalmayıb. Belə ki, zirzəmini alan şəxs səs-küylə də onları narahat edir.

Şikayətçilər deyir ki, bir müddət əvvəl həmin şəxs binanın divarını da söküb. Məqsədi isə oradan özünə havalandırma pəncərəsi açmaq olub. Lakin həmin divar sakinlərin şikayətindən sonra bərpa edilib.

Zirzəmini alan şəxsi isə orada tapa bilmədik.

Ekspertlərin sözlərinə görə, qeyd olunan tikili tarixi bina olduğu üçün ora kənar müdaxilə qanunla qadağandır. İddialarla bağlı Nəsimi rayon İcra Hakimiyyətindən isə bildirlidi ki, məsələ araşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.(xezerxeber.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam