Redaktor seçimi
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
Günün xəbəri

Ofis sahələrinin icarəsindən kim daha çox qazanır, fiziki şəxs Rasim Rzayev, yoxsa… -DE-FAKTO

simurq-tender

“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi “Ofis sahəsinin icarəsi” xidmətinin satınalınması üzrə 02.10.2025-ci ildə başlanılmış 120562 nömrəli açıq tender müsabiqəsində fiziki şəxs Rzayev Rasim Səlim oğlu (VÖEN-1403312202) qalib elan olunmuş və 550 755,00 AZN dəyərində satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulur. Məlumat satınalmaların portalında 16.10.2025-ci ildə dərc edilib.

Yenixeber.org: Satınalmaların portalı üzərindən apardığımız araşdırma zamanı məlum oldu ki, Kino Agentliyi 550 min manatı 824 kvadrat metrlik ofis sahəsini 15 ay icarəyə götürmək üçün ödəyəcək. Göründüyü kimi hər ay Agentlik fiziki şəxs Rzayev Rasim Səlim oğluna 36 717 manat ödəyəcək. Belə çıxır ki, bir kvadrat metrlik ofis sahəsinin icarəsi Agentliyə 45 manata başa gələcək. Tenderin ehtimal qiyməti 767.782,50 manat təşkil edib.

Qeyd edək ki, Kino Agentliyi ofis sahəsini hansı ünvanda götürdüyüni açıqlamasa da fiziki şəxs Rzayev Rasim Səlim oğlunun bağladığı digər satınalmalarda bu özünü göstərir.

Məsələn “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti Mərkəzi ofisin icarəsi  (Azərbaycan, Bakı – AZ1025, Yeryomenko küç., 73) üzrə 07.07.2025-ci ildə fiziki şəxs Rzayev Rasim Səlim oğlu ilə  268.200 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Bu müqavilə birmənbədən satınalma olduğuna görə ofisin icarəsinin neçə aylığına götürüldüyü və neçə kvadrat metr sahə təşkil etdiyi bəlli olmur.

Mədəniyyət Nazirliyinə tabeli “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti də fiziki şəxs Rzayev Rasim Səlim oğlundan ofis icarəyə götürüb.  Bakı şəhəri, Xətai rayonu , Yeryomenko küçəsi 73 ünvanında yerləşən ofis sahəsinin istifadəsi xidmətinin satın alınması üzrə “Əsaslı Tikinti və Təchizat” MMC 21.01.2025-ci ildə Rasim Rzayevlə 455.940 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Bu müqavilə də birmənbədən satınalma olduğuna görə ofisin icarəsinin neçə aylığına götürüldüyü və neçə kvadrat metr sahə təşkil etdiyi bəlli olmur.

Bundan əlavə Mədəniyyət Nazirliyinə tabeli “Əsaslı Tikinti və Təchizat” MMC “Mədəniyyət və yaradıcı sənayelərin inkişafı sahəsində rəqabətə davamlı təlimlərin təşkili və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi üçün müasir rəqəmsal istehsalat bazasının yaradılması ilə bağlı Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 73 ünvanında yerləşən məkandan 8 (səkkiz) ay müddətinə istifadəsi xidmətlərinin satın alınması üzrə fiziki şəxs Rzayev Rasim Səlim oğlu ilə 827.201 manat dəyərində satınalma müqaviləsini isə 24.05.2024-cü ildə bağlayıb. Belə çıxır ki, “Əsaslı Tikinti və Təchizat” MMC 8 ay müddətinə məkandan istifadəyə ayda 103 min manat ödəyib.

Göründüyü kimi “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti 2024-cü ilin may ayından 2025-ci ilin yanvar ayına, yəni səkkiz ay ərzində fiziki şəxs Rzayev Rasim Səlim oğlu ilə ümumi dəyəri 1 283 141 manat dəyərində iki satınalma müqaviləsi bağlayıb. Hər iki müqavilə birmənbədən satınalma olduğuna görə ofisin icarəsinin neçə aylığına götürüldüyü və neçə kvadrat metr sahə təşkil etdiyi bəlli olmur. Burada kimin, Rasim Rzayevin, yoxsa Mədəniyyət Nazirliyinin rəsmilərinin daha çox qazanc əldə etdiyi də bəlli olmur.

Bəs dövlət qurumlarına ofis icarəyə verən fiziki şəxs Rzayev Rasim Səlim oğlu kimdir və haqqında açıq mənbələrdə nə kimi məlumatlar var?

Dövlət Vergi Xidmətinin reyestr məlumatları üzərindən apardığımız araşdırmada məlum oldu ki, fiziki şəxs Rzayev Rasim Səlim oğlu (VÖEN-1403312202) Bakı şəhəri, Nəsimi rayonu, Nəcəfbəy Vəzirov, ev10, mənzil 52 ünvanında daimi qeydiyyatdadır. Vergi Xidmətinin məlumatlarında fiziki şəxs Rzayev Rasim Səlim oğlu vergi öhdəlikləri üzrə 2021- 2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.

Qeyd edək ki, Şamaxı rayon İcra Hakimiyyətinin rəsmi portalında  “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanın icrasının təmin edilməsi məqsədilə Şamaxı rayonu üzrə istismarına icazə verilmiş qeyri-yaşayış obyektləri barədə məlumatında Şamaxı rayonu, Meysəri kəndində Rzayev Rasim Səlim oğluna qeyri-yaşayış obyektinin istismarına icazə verildiyi bildirilir.

Fiziki şəxs Rzayev Rasim Səlim oğlunun icarəyə verdiyi ofis sahələrinə gəlincə. Dövlət qurumlarının icarəyə ofiz götürdüyü ünvanda Xətai rayonu, Yeryomenko küçəsi, 73 ünvanında “Simurq plaza” yerləşir. Mediada yer alan məlumatlara görə Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan bir çox tədbirlər məhz bu ünvanda keçirilir.

Mədəniyyət Nazirliyinə tabeli qurumların ofis sahəsinin icarəsi üzrə birmənbədən satınalma metodu ilə bağladığı müqavilələr isə ciddi yoxlama mövzusudu. Milyonlarla manat dövlət vəsitlərinin neçə aylığına, və neçə kvadrat metr ofis sahəsinin götürülməsinə ayrıldığı bəlli olmadığından şübhələnməli məqamlar çoxdu.(aktualinfo.net)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam