Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Moskva ilhaq siyasətini davam etdirərsə...”

 

“O zaman Krım tatarlarına beynəlxalq dəstək kampaniyası geniş vüsət ala bilər”

 

  "xeberinfo.com": Siyasi elmlər doktoru, professor Elman Nəsirov açıqlamasında Krım Tatar Məclisinin 29 mart tarixli qurultayını şərh edib. Politoloq Krım tatarlarının aqibətinin proseslərin sonrakı inkişafından əhəmiyyətli dərəcədə asılı olduğunu vurğulayıb: “Məlum olduğu kimi, Krım Tatar Məclisi mart ayının 29-da Baxçasarayda keçirdiyi qurultayında “Krım-tatar xalqının öz tarixi ərazisində-Krımda öz müqəddəratını təyinetmə hüququnun reallaşdırılması” haqqında qərar qəbul etmişdir. Qərarda qeyd olunur ki, Krım tatarları tarixi vətənlərində (Krımda) milli və ərazi muxtariyyətinin qurulması ilə bağlı siyasi və hüquqi prosedurlara başlayırlar. Bu prosedurlar fonunda Krımın gələcəyini Ukraynanın tərkibində gördüklərini də bəyan ediblər. Krımtatar xalqının qurultayı bu məsələ ilə bağlı BMT, Avropa Şurası, Avropa İttifaqı, ATƏT və İslam Əməkdaşlıq Təşkilatına müraciət ünvanlamışdır.

     Krım tatarlarının öz müqəddəratını təyinetmə hüququnun yalnız milli-mədəni muxtariyyət şəklində mümkünlüyünü vurğulayan Krımın baş nazirinin müavini Rüstəm Temirqaliyev isə hesab edir ki, bu halda yarımadada əlahiddə olaraq yeni daxili sərhədlər  müəyyən edilməyəcəkdir. Onun fikrincə, milli-mədəni muxtariyyət statusu ərazi xarakteri daşımır və hər hansı daxili ərazi birləşməsinin yaranmasını özündə ehtiva etmir. Bu status Krım-tatar xalqının öz kimliyinin, mədəni və digər hüquqlarının qorunub saxlanması işinə kömək olacaqdır.

    Rusiyanın Krım xalqının seçiminə yalnız Ukrayna xaricində və milli-mədəni muxtariyyət şəklində razı olacağı proqnozlaşdırılandır. Rəsmi Moskvanın bundan kənarda istənilən addıma qarşı yalnız güc dili ilə davranacağını indidən söyləmək mümkündür. Bu məsələdə dünya dövlətlərinin və beynəlxalq təşkilatların davranışının Rusiyanın sonrakı addımlarından asılı olacacağını düşünmək olar. Əgər rəsmi Moskva ilhaq siyasətini davam etdirərsə və Qərb ilə qarşıdurma siyasətini dərinləşdirərsə, bu halda Krım tatarlarının seçiminə beynəlxalq dəstək kampaniyası geniş vüsət ala bilər. Həmin proses ilə paralel Rusiya tərkibindəki digər subyektlərin də (Tatarıstan, Başqırdıstan və s.) anoloji istəklərinə adekvat dəstək nümüyiş olunar. Rusiya öz davranışında Qərbin cızdığı trayektoriya ilə getməyə razılaşacağı təqdirdə isə məlum məsələdə beynəlxalq birliyin arzulanan dəstəyi deklarativ xarakter kəsb edə bilər”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam