Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
Günün xəbəri

VAŞİNQTONUN AVROPAYA QARŞI “RUS SİLAHI” –Almaniyanın silahlanması nəyi dəyişə bilər?

ABŞ Prezidenti Donald Trampın siyasi fəlsəfəsini anlmaq istəyən analitiklər belə hesab edirlər ki, onun təfəkkürü sırf biznesmen məfkurəsindən yoğrulub və bu şəxs hər şeydə bir razılaşma və sövdələşmə axtarır.

Yenixeber.org: Bu yanaşmanın həqiqəti nə dərəcədə əks etdirdiyini söyləmək çətindir, amma onu deyə bilərik ki, ABŞ bir dövlət kimi öz strategiyasını təkcə prezidentlərin düşüncələri və xarakterləri üzərində qurmur. Elə bu səbəbdən də Donald Trampın özünü necə aparması və hansı siyasi kurs tutması ABŞ-nin irəliyə hesablanmış strategiyasının tərkib hissəsi kimi qəbul edilməlidir.

Trampın Rusiyaya qarşı yürütdüyü siyasət ABŞ-nin dərin maraqlarına zidd deyil. Tramp Rusiya ilə bağlı məsələdə öz sələfi Cozef Baydenin yürütdüyü siyasəti davam etdirir. Sadəcə, forma dəyişib, mahiyyət isə öz yerində qalır. Baydenin səkkiz ay Ukraynanı silahsız qoymasını, Rusiyanın qırmızı cizgilərinə toxunmağın qlobal təhlükələrə yol açacağını söyləməsini unutmayaq. İstər Baydenin və istərsə də Trampın siyasətinin alt qatlarında ABŞ-nin zahirdə görünməyən geostrateji maraqları yatır.

Ukraynada gedən müharibədə ABŞ-nin fundamental marağı Rusiya vasitəsilə Avropanı öz təsir sferasında saxlamaqdır. Bunu avropalılar da anlayırlar, lakin hələ ki, lazımi gücləri olmadığından ABŞ-yə qarşı “dikbaşlıq etmək” istəmirlər. Əgər Rusiya bu müharibədə məğlub olarsa, Vaşinqton belə bir vasitədən məhrum ola bilər. Ona görə də Tramp Rusiya ilə bağlı məsələdə dönüb-dolaşıb köhnə mövqeyinə qayıtdı və yenidən Ukraynaya təzyiq göstərməyə başladı.

Bir çox Qərb mətbuat orqanlarının məlumatına görə, ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Vaşinqtonda keçirilən görüşdə gərginlik yaşanıb. Bunun səbəbi kimi Trampın Zelenskidən bir sıra əraziləri güzəştə getməyi tələb etməsi göstərilir. Mənbələrdən biri qeyd edir ki, Tramp Zelenskiyə “Ukrayna Rusiya ilə razılığa gəlməsə, ölkəniz donacaq, ölkəniz məhv olacaq” deyib.

Görüşdən məmnun qalmayan Zelenski ABŞ Prezidentinin bundan sonra Putinə qarşı sərt tədbirlər görəcəyinə bəlkə də artıq inanmır. Amma o, vəziyyətdən çıxış yolu axtarmağa çalışır. Rusiya və Ukraynadan atəşkəs tələb edən Tramp deyir ki, onlar olduqları yerdə dayansınlar və hər ikisi də qalib gəldiyini elan etsin. Tramp jurnalistlər önündə Ukrayna Prezidentinə qarşı əvvəlkitək aqressiv davranmasa da, Ağ Evin əsl sərt reaksiyasını Prezidentin mətbuat katibi Karolin Levvit “Fox News” kanalında nümayiş etdirib. O, vurğulayıb ki, ABŞ Ukraynadakı müharibədən təngə gəlib, Prezident Trampın və Amerika xalqının səbri tükənir. Levitt əlavə olaraq deyib ki, hər iki tərəf “reallığı qəbul etməli və razılığa gəlməlidirlər”.

Görünən odur ki, Rusiya-Ukrayna müharibəsinin bitirilməsi üçün tərəflərdən biri ağır məğlubiyyətə uğramalı və yenilmiş tərəf ona təkilf olunan sülh müqaviləsi ilə razılaşmaq məcburiyyətində qalmalıdır. Tarixdən də yaxışı bəllidir ki, müharibədə məğlub olmayaın heç bir ölkə səbəbsiz yerə müharibəni dayandırmır.

Rusiya uzunmüddətli müharibə strategiyasını həyata keçirmək niyyətindədir. Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bir neçə ay öncə bildirmişdi ki, Şimal Müharibəsində Rusiya 21 il döyüşüb. Yəni, demək istəyir ki, ruslar Ukraynanı tam taqətdən salana kimi müharibə aparacaqlar. Rusiyanın əsgər itkiləri barədə çox yazılır və Qərbdəkilər rusların hələ çox itki verməyə hazır olduqlarını deyəsən anlamırlar. Sözügedən strategiya çərçivəsində Vladimir Putinin qarşısına qoyduğu minimum plan Ukraynanın yarısını zəbt etməkdir. Rusiya uzunmüddətli müharibə zamanı ABŞ və Avropaya qarşı kələkbazlıq etməyi də yaddan çıxarmayacaq və yeri gələndə sülhə hazır olduğunu bəyan edəcək. Məsələn, Putin eyham vurub ki, əgər Kiyev güzəştə gedərək Donetsk vilayətinə tam nəzarəti Rusiyaya verərsə, onda Zaporojye və Xerson vilayətlərinin işğal olunmamış hissələrindən imtina etməyə razılaşarlar. Bu, Putinin müharibəni dayandırmaq üçün irəli sürdüyü şərtdir. Zelenski isə cavabında deyib ki, biz Ukrayna ərazisi ilə alver etmirik. Ukrayna Rusiyanı öz ərazilərindən vurub çıxarmağı qarşısına prioritet məqsəd qoyub. Ukrayna müharibədə qələbə qazanma ssenarisi üzərində işləyir. Hətta Ukrayna da uzunmüddətli müharibəni istisna etmir. Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun sözlərinə görə, müharibə öz formasını dəyişsə də, dayanmayacaq, davam edəcək və bu səbədən də Ukrayna cəmiyyəti buna hazır olmalıdır. Ukrayna komandanlığı da Rusiyanın taktikasından istifadə etmək fikrindədir. Əgər Rusiyanın infrastrukturu önümüzdəki bir il ərzində indiki intensivliklə vurularsa, Rusiya iqtisadi cəhətdən böyük sarsıntılar yaşaya bilər.

Ukrayna Rusiyanın sənaye obyektlərini, hərbi zavodlarını, neft-qaz, nəqliyyat infrastrukturunu və limanlarını uzaqdan vurulan zərbələrlə ifilic etmək niyyətindədir. Ukrayna dronlarının zərbələrinin Rusiyanı məğlubiyyətə uğradacaq faktor olacağına şübhə edənlər çoxdur və belə hesab edilir ki, zəif zərbə gücünə malik uzaqmənzilli dronlar Rusiya infrastrukturunu yararsız hala gətirsə də, müharibənin müqəddəratını həll edəcək imkanlara malik deyil. Doğurdanmı, bu, qələbəyə aparan yol deyil? Sözsüz ki, təkcə dron zərbələri ilə müharibənin müqəddəratını həll etmək çətindir, ancaq əgər Ukrayna öz istehsalı olan raketləri də döyüş cərgəsinə qoşarsa, onda ciddi dönüş yarada bilər.

Hazırda Rusiyada kritik səviyyədə olmasa da benzin qıtlığı yaşanr və bu da qiymətlərə təsir etməyə başlayıb. Ölkədə keyfiyyətsiz benzin artır, çünki ya qiyməti qaldırmalıdırlar, ya da keyfiyyətə yox, kəmiyyətə fikir verməlidirlər. Keyfiyyətsiz benzin isə avtomobil mühərriklərini sıradan çıxarır. Bu proses hələ yenicə başlayıb və kütləvi xarakter ala bilər.

Rusiya və Ukraynanın nələri planlaşdırmalarına baxmayaraq, bu müharibə öz mahiyyəti etibarı ilə qlobal strateji mübarizənin tərkib hissəsinə daxildir və burada dünyanın güc mərkəzlərinin maraqları mütləq hesaba alınmalıdır. Rusiyanın uzunmüddətli müharibə strategiyası varsa, heç şübhəsiz ki, Avropanın, ABŞ-nin və Çinin də irəliyə hesablanmış planaları mövcuddur.

Avropanın ən böyük iqtisadi gücü olan Almaniyanın hərbləşməsi prosesi təzəcə başlayır. Bəzi analitiklərin fikrincə, Rusiya özü də bilmədən “yatmış divi” oyadır. Avropanın ABŞ qarşısında zəifliyinin əsas səbəbi bu qitədə lider ölkənin olmamasından qaynaqlanır. Bu rolu oynaya biləcək yeganə dövlət Almaniyadır. İki dünya müharibəsinin səbəbkarı kimi öz tarixinin yaratdığı psixoloji təzyiq Almaniyanı hərbləşmə məsələsində təmkinli və ehtiyatlı davranmağa vadar edir. Ancaq yaranmış mövcud vəziyyət həm də Almaniyanın hərəkətə keçməsini tələb edir. Bu baxımdan Almaniya kansleri Fridrix Merts mövcud tarixi çağırışı düzgün dəyərləndirməyin vaxtının yetişdiyini düşünür. O, deyib ki, Zelenskinin Vaşinqtondakı görüşü ağır keçib və Kiyev gözlədiyi nəticəni və gələcəklə bağlı təhlükəsizlik təminatını almayıb, deməli, Ukraynanın dəstəklənməsinin məsuliyyətinin böyük hissəsini Avropa öz üzərinə götürməlidir. Merts əlavə edib ki, əgər Ukrayna çökərsə, sonra növbə Avropaya çatacaq və bu səbəbdən də indi həmrəylik və qətiyyətli olmaq lazımdır.

Beləliklə, gələcək perspektivdə hərbləşmə istiqamətində güclənmə ehtimalı yükəsk olan Almaniya kimi oyunçunun peyda olması, nəinki Ukraynanın dəstklənməsində mühüm yer tutacaq, eyni zamanda qlobal miqyasda Avropanın tərəddüdlərinə və ürkəkliyinə də son qoyacaq.(Azpolitika)

Vaqif Nəsibov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam