Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

"Qazan-qazan" prinsipi ilə təhsil biznesi:Uşaqların yeməyi, rəhbərin gəliri...

Faktlardan aydın görünür – iddialar uydurma deyil. Biləsuvar rayonunda yerləşən Mübariz İbrahimov adına Liseydə təhsil verilən uşaqların payına düşən yeməklər, görünür, rəhbərlik üçün əlavə qazanc mənbəyinə çevrilib.
Yenixeber.org: Məlumata görə, liseyin direktoru Aqşin Bağırov, dövlətin təhsil müəssisəsinə göndərdiyi qida yardımlarını uşaqlardan kəsərək, eyni binada fəaliyyət göstərən Biləsuvar Texniki Peşə Məktəbinə satır.
Porsiyanın qiyməti — 3 və ya 4 manat. Bakunews.az xəbər verir ki, Dövlət “uşaqlar ac qalmasın” deyə yardım göndərir, amma həmin yardımı “peşə məktəbinin müəllimləri üçün nahar menyusu”na çevirirlər.
Bu “qazan-qazan” prinsipi ilə, bir tərəf – yəni direktor Bağırov qazanır, digər tərəf – müəllimlər “ucuz yemək” əldə edir, itirən isə yenə də uşaqlardır.
Əldə etdiyimiz məlumata əsasən, Texniki Peşə Məktəbinin direktoru Nərmin Muradlı da bu sistemin “alıcı tərəfi” rolunu oynayır.
Beləliklə, eyni binada yerləşən iki təhsil müəssisəsi arasında bir növ “yemək bazarı” formalaşıb: biri satır, digəri alır – dövlətin ayırdığı pay isə ortada əldən çıxır.
Bu vəziyyət bir daha göstərir ki, bəzi təhsil rəhbərləri üçün məktəb artıq maarif ocağı deyil, maliyyə dövriyyə nöqtəsi rolunu oynayır.
Əgər Mübariz İbrahimov kimi qəhrəmanın adını daşıyan bir liseydə belə hal yaşanırsa, deməli, təhsildə təkcə dərsliklər deyil, vicdan da korlanıb.
Belə getsə, yaxın zamanda məktəblərdə “dərs planı” ilə yanaşı “satış planı” da tərtib ediləcək – birində ədəbiyyat, digərində yemək porsiyası hesablanacaq.(Bakunews.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam