Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

"Araz-Naxçıvan"ın ev oyunlarını keçirdiyi stadion əsaslı təmirə bağlanıb

 

"Araz-Naxçıvan"ın ev oyunlarını keçirdiyi "Liv Bona Dea Arena" stadionu noyabrın 30-dək əsaslı təmirə bağlanıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Bununla əlaqədar Peşəkar Futbol Liqasının (PFL) Premyer Liqanın təqvimində dəyişikliklər etməsi zərurəti yaranıb.

Əsasnamənin tələblərinə uyğun olaraq, PFL tərəfindən "Araz-Naxçıvan" klubundan alternativ stadion təqdim etməsi tələb olunub və paralel şəkildə ölkə stadionlarının ümumi durumu analiz edilib. Rəqiblərə eyni şərtlərin təmin olunması məqsədilə klubun ev oyunlarını keçirdiyi Bakı və ətraf ərazilərdə yerləşən stadionlar nəzərdən keçirilib.

Aparılmış qiymətləndirmə nəticəsində "Bank Respublika Arena" və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu ən uyğun variantlar kimi müəyyənləşdirilib. Yerli və beynəlxalq oyunların qrafiki nəzərə alınmaqla, Misli Premyer Liqasının IX turunun "Araz-Naxçıvan" – "Sabah" oyunu "Bank Respublika Arena"da, XI turun "Araz-Naxçıvan" – "Karvan-Yevlax" və XII turunun "Araz-Naxçıvan" – "Turan Tovuz" oyunları isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, oyunların tarix və başlama vaxtlarında dəyişiklik yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam