Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

“Krım türklərinin soyqırımı” mövzusunda növbəti diskussiya keçirildi

    "xeberinfo.com": 17 may, 2014-cü il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dil və Tarix qurumunun təşəbbüsü ilə "Krım türklərinin soyqırımı" mövzusunda növbəti diskussiya keçirildi. Tədbiri giriş sözü ilə BAO başqanı Zahir Əlisoy açdı. Sonra ənənəyə uyğun olaraq  BAO Mərkəzi Şurasının (MŞ) üzvü Hakim Sadiqli son həftə ərzində Güney Azərbaycanda baş vermiş hadisələr haqqında  məlumat verdi. BAO MŞ-nın üzvü Şirvani Ədilli isə Elburs ostanı, onun tarixi, əhalisini, iqtisadiyyatı və s. haqqında məlumat verdi.

Sonra Krım tatarlarının nümayəndəsi Lir Xələfov "Krım türklərinin soyqırımı" mövzusunda geniş məruzə ilə çıxış etdi. O, Rus imperiyasının tarixən türklərə, o cümlədən Krım tatarlarına qarşı apardığı köçürmə və assimilyasiya siyasəti haqqında danışdı və bu gün Krımın Rusiya tərəfindən ilhaq olunmasının bu siyasətin davamı olduğunu qeyd etdi. Lir Xəlilov bu proseslərin Krım tatarlarının iradəsinə və mənafeyinə tamamı ilə zidd olaraq həyata keçirildiyini bildirdi.

Daha sonra Natiq Ulubəy, Paşa Oğuz, Dilavər Əzimli, Aydın Mədətoğlu və b. məruzəçiyə verdikləri suallar və mövzu ətrafında irəli sürdükləri fikirlərlə diskussiiyanı davam etdirdilər. Tədbirdə iştirak edən Ahıska türklərinin nümyəndəsi İbrahim Burxanov də Ahıska türklərinin öz yurdlarına geri donmək problemlıəri haqqında danışdı.

Sonda sabah - 18 may, saat 10:00-da Şəhidlər Xiyabanında Laçının işğalı və Krım tatarlarının deportasiya gününün qeyd olunacağı elan edildi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam