Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Krım tatarları yeni təhlükə ilə üz-üzədir”

 

 

      ABŞ dövlət katibi Con Kerri Krım tatar xalqının sovet hökuməti tərəfindən öz tarixi torpaqlarından deportasiyasının 70-ci ildönümü ilə əlaqədar bəyanat verib.
       "xeberinfo.com" “Ukrinform”a istinadən xəbər verir ki, C. Kerri bəyanatında Krım tatarları ilə həmrəyliyini bildirərək Ukraynanın suverenliyi və ərazi bütövlüyünə bir daha dəstək ifadə edib.  
 
Dövlət katibi deyib ki, sovet hökumətinin bu cinayəti bir çox Krım tatarının yaddaşında hələ yenidir: “Rusiya işğalı və Krımın qanunsuz ilhaqı cəhdi köhnə yaraları yenidən qanatdı”.
 
C. Kerri hazırda Krımda insan haqları pozuntularının sayının hər həftə artdığını qeyd edib: “Krım tatarları və digərlərinin oğurlanması, döyülməsi, qətlə yetirilməsi adi hala çevrilir. Yerli “hakimiyyət” elan edib ki, Krım tatarları öz torpaq sahələrindən və əmlakından imtina etməlidir. Tatarlar doğma dildə danışdıqlarına görə hücumlara məruz qalır, onların lideri Mustafa Cəmiloğluna isə 5 il ərazində öz tarixi vətəninə qayıtmağı qadağan ediblər. Minlərlə tatar öz təhlükəsizliyindən ehtiyatlanaraq Krımdakı evlərini tərk edib, qalanlar isə repressiya, diskriminasiya, senzura, sərbəst toplaşma azadlığının məhdudlaşdırılması şəraitində yaşayır. Biz Krım tatarları ilə həmrəyik, bu xalq yeni təhlükə ilə üz-üzə qalıb. Biz Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi təsdiqləyirik”.    
 
Qeyd edək ki, 230 mindən çox Krım tatarının vəhşicəsinə deportasiyası prosesində bu xalqın təxminən yarısı qırılıb. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam