Beynəlxalq səyyahlar Laçını ziyarət ediblər
Səkkiz ölkədən olan beynəlxalq səyyahlar Laçını ziyarət edib.
Yenixeber.org-un məlumatına görə, qonaqlar Qarabağın füsunkar mənzərələrinə tamaşa edib, həmçinin şəhərdə aparılan bərpa işlərinin nəticələri ilə tanış olublar.
Xatırladaq ki, "Extreme Travelers International Congress" (ETIC) klubunun səkkiz ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan səyyahları 2 gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır.