Litvanın müdafiə naziri vəzifəsindən azad edilib
Litva Prezidenti Gitanas Nauseda Dovilė Şakalenenin müdafiə naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Yenixeber.org xəbər verir ki, bu barədə Litva Prezidentinin ofisi məlumat yayıb.
"Müdafiə naziri vəzifəsini müvəqqəti olaraq daxili işlər naziri Vladislav Kondratoviç icra edəcək", - mətbuat xidmətindən bildirilib.
Fərman 2025-ci il oktyabrın 23-də qüvvəyə minəcək.