Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Qurban Qurbanov “Qarabağ”ın ruhudur!- FOTO

 

İtaliyanın “Sportellate” idman portalı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun uğurlarından bəhs edən məqalə dərc edib.

Yenixeber.org xəbər verir ki, yazıda Azərbaycan təmsilçisinin UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqla böyük idman uğuruna imza atdığı bildirilir. Vurğulanır ki, Qurban Qurbanovun komandası Liqa mərhələsinin ilk iki turunda əldə etdiyi nəticələrlə də xüsusilə diqqət mərkəzində olub.

Qeyd edilir ki, azərbaycanlı mütəxəssis Çempionlar Liqasında debütant deyil, Azərbaycan millisinin sabiq futbolçusu 17 mövsüm əvvəl “Qarabağ”ın baş məşqçisi olub.

Komandanın Qurban Qurbanovun rəhbərliyi altında müxtəlif ilklərə imza ataraq manşetlərə çıxmağa başladığı, Azərbaycan klubunun ikinci titulunu əldə etdiyi ildə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı bildirilir. Diqqətə çatdırılır ki, 2017-ci ildə “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edən ilk Azərbaycan klubu olub.

Yazıda, həmçinin “Qarabağ”ın yerli və legioner futbolçuları haqqında ətraflı məlumat verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam