Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“Azadlıq” hakimiyyətə satıldı, Vaşinqton təhqiqat başlatdı-Misli görünməmiş addım

 

ABŞ Konqresi tərəfindən maliyyələşdirilən “Azadlıq Radiosu”nun baş redaksiyası bəyan edir ki, radionun tacik xidməti bu ölkədə “Emomali Rahmonun repressiv rejimi ilə” sistemli şəkildə əməkdaşlıq edir. Nəticədə “Azadlıq Radiosu”nun rəhbərliyi tərəfindən “Radio Ozodi”yə qarşı təhqiqat başladılıb.

Yenixeber.org: Radionun bu bəyanatı OpenDemocracy saytında yerləşdirilib.

“Təəsüflər olsun ki, indiki redaktorlarının əlində radionun tacik xidməti artıq bizim dəyərlərimizə uyğun gəlmir. Bir vaxtlar Tacikistanda nüfuzlu informasiya mənbəyi hesab edilən “Radio Ozodi” bu ölkənin prezidenti Emomali Rahmonun dərindən korrupsyalaşmış avtoritar hakimiyyətinin ruporuna çevrilib”-bəyanatda deyilir.

Bəyanatda vurğulanır ki, “Radio Ozodi” Tacikistan hakimiyyətindən asılıdır və özünün hakimiyyətyönümlü fəaliyyəti ilə Birləşmiş Ştatların imicini korlayır.

Bildirilir ki, bu vəziyyətlə bağlı “Azad Avropa/Azadlıq Radiosu”nun rəhbərliyi tacik xidmətinə qarşı təhqiqatın başladılmasına göstəriş verib. Bəyanatda habelə ABŞ Konqresinin Nümayəndələr palatasının xarici işlər komitəsinə və Birləşmiş Ştatların qloal KİV üzrə Agentliyinə çağırış edilir ki, onlar da “Radio Ozodi”yə qarşı müstəqil təhqiqat başlatsınlar.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam