Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Mirzə Xəzərdən "Azadlıq Radiosu" ilə bağlı açıqlama

 

ABŞ mətbuatında Azərbaycana qarşı sərt kampaniyaların başladığı bir zamanda “Azadlıq Radiosu”nun keçmiş əməkdaşı Mirzə Xəzər özünün şəxsi bloqunda maraqlı bir yazı ilə çıxış edib.

 "Xeberinfo.com":  Məlumata görə, o, “Azadlıq Radiosu”nun Bakı bürosunun fəaliyyətinin dayandırılması və Xədicə İsmayılın həbsindən sonra rəsmi Bakının əleyhinə yazılar yazanlar, ABŞ hökumətinin Azərbaycana təzyiqlər etməyə çağırış edənlər barədə ilginc faktlar açıqlayıb. 

Yazıda etiraf olunur ki, özügedən radio həmişə yalnız ABŞ-ın maraqlarını müdafiə edib və Ağ Evin təzyiq vasitərlərindən biri olub. 



Mirzə Xəzər yazısında əsasən “Azad Avropa/Azadlıq” radiokorporasiyasının keçmiş prezidenti, hal-hazırda Corctaun Universitetinin Xarici Siyasət Məktəbinin qlobal siyasət və təhlükəsizlik departamentinin direktoru Jeff Gedmin “Vaşinqton Post” qəzetində dərc edilmiş məqaləsinə toxunub. Bildirib ki, bu gün Azərbaycanı söz azadlığının boğulmasında suçlayan Gedmin vaxtilə “Azadlıq Radiosu”nda ən sərt qadağalar tətbiq edib, medianın ali prinsiplərini kobud şəkildə pozub: “2000-2003-cü illərdə Azad Avropa və Azadlıq radiolarının rəhbərliyi “Azadlıq” radiosunun Azərbaycan redaksiyasında bir sıra qadağalar tətbiq etmişdi. Bu qadağalara əsasən, şərh yazmaq olmaz, şəxsi fikir ifadə etmək olmaz, korrupsiyadan yazmaq olmaz, hökuməti tənqid etmək olmaz, İran Azərbaycanından yazmaq olmaz, “cənubi Azərbaycan” kəlməsindən istifadə etmək olmaz, erməni işğalçıları təbirini işlətmək olmaz. olmaz, olmaz, olmaz… 2003-cü ilin sentyabrında redaksiyanın rəhbəri işdən çıxarıldı. Oktyabr ayında prezident seçkiləri keçirildi və İlham Əliyev dövlət başçısı seçildi. Sonrakı illərdə İlham Əliyev hökuməti ilə “Azadlıq” arasında “ittifaq” pozulmadı. “Azadlıq” radiosuna FM dalğası verildi. Radionun bürosu rəsmi status aldı”. 

Mirzə Xəzər daha sonra az qala açıq şəkildə yazır ki, ABŞ hansısa bir marağına görə, Azərbaycana təzyiqlər etmək üçün qəfildən radionun siyasətinə dəyişiklik edib: “Qəflətən radionun siyasətində 180 dərəcə dönüş oldu”. 



Azərbaycanın Amerika ilə əməkdaşlığa önəm verdiyi həmişə açıq-aşkar görünüb, rəsmi Bakı qarşılıqlı münasibətlərə sadiq qalıb – bu, ən kritik məqamlarda ən ali tribunalardan deyilib, lakin qarşı tərəf son vaxtlar bütün mümkün hədləri aşaraq “demokratiya”, “söz azadlığı” adı altında hegemonluq edir. 
Mirzə Xəzərin qeydlərindən da görünür ki, “Azadlıq Radiosu” vasitəsilə ABŞ zaman-zaman belə qəfil “əzələ nümayişi” şousu göstərib. Yazıda 2009-cu ildə “Azadlıq Radiosu”nun gözləniləmədən aşıb-daşması, Azərbaycan iqtidarına qarşı radikallaşması.., Jeff Gedmanın İlham Əliyevlə görüşməsindən sonra isə bu media qurumunun yenidən öz yatağına dönməsi prosesi ifadə olunur. 

Radionun keçmiş əməkdaşının, özü də Azərbaycan iqtidarına qarşı həmişə sərt çıxışlar edən bir əməkdaşının belə bir yazısı əslində, bəlli olan həqiqətləri bir daha sadalayır. O, az qala bütün çılpaqlıqları ilə göstərir ki, əslində, ABŞ-ı heç də “demokratiya”, “insan haqları”, “söz azadlığı” deyil, öz imperialist maraqları düşündürür. Stat: “Sonda bir əcaib nüansa diqqəti cəlb etmək istərdik: 2000-2003-cü illərdə “Azadlıq” radiosuna hökuməti tənqid etməyi, şərh yazmağı, fikir izhar etməyi qadağan edən menecerlər bu gün, təəccüblənməyin, İlham Əliyev hökumətinə meydan oxuyur...”

 

AzNews.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam