Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Azadlıq radiosu" çirkli pulları yumaqda şübhəli bilinir

 

Bir sıra qeyri-hökumət təşkilatlarının cinayət işinin araşdırılması çərçivəsində “Azadlıq” radiosuna xaricdən külli miqdarda pulun daxil olması barədə məlumat daxil olub.

"Xeberinfo.com":  APA-nın xəbərinə görə, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə istintaqa yaxın mənbədən məlumat verilib.

Məlumata əsasən, 2010-cu ildə radionun hesabına 760 min dollardan, 2011-ci ildə 570 min dollardan, 2012-ci ildə 700 min dollardan, 2013-cü ildə 780 min dollardan, 2014-cü ildə isə 730 min dollardan çox vəsait daxil olub.

Alınmış məlumatla əlaqədar olaraq məhkəmənin qərarı ilə bu il dekabrın 20-də “Azadlıq” radiosunun hesabına həbs qoyulub, dekabrın 26-da radionun yerləşdiyi binada axtarış aparılıb, sənəd və avadanlıqların siyahısı çıxarılıb. Məkan möhürlənib və mühafizə altına alınıb.

“Azadlıq” radiosunun fəaliyyəti ilə bağlı bir sıra şahidlər dindirilib. Onlardan biri, Şahvələd Namazov öz ifadəsində bildirib ki, o, “Fərqli düşüncə” qəzetinin təsisçisidir. Qəzet 2009-cu ildə “Azadlıq radiosu”nun saytında yayılan materialların dərc edilməsi məqsədi ilə yaradılıb. Müqaviləyə görə, “Azadlıq radiosu” qəzetin hər nömrəsinə görə onun bankdakı hesabına 900 manat, 2011-ci ilin oktybar ayının sonundan etibarən 1300 manat köçürməyə başlayıb. Qəzet həftəlik qəzet olub və bəzən ayda 1-2 dəfə işıq üzü görüb. Qəzet 2014-cü ilin may ayına qədər dərc edilib və pulsuz paylanılıb.

Hazrda “Azadlıq” radiosunun fəaliyyəti araşdırılır və istintaq zamanı artıq bir necə ciddi qanun pozuntusu faktı aşkarlanıb. İstintaq orqanları radionun çirkli pulların yuyulmasında iştirak etməsindən və bu pulların bir hissəsini mənimsəməsindən şübhələnir”,- deyə mənbə qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam