Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

PAŞİNYAN “İQTİSADİ İNQİLAB” ÜÇÜN PUL AXTARIR:“2004-2013-cü illərdə Ermənistandan 9 milyard dollar qanunsuz çıxarılıb” – TƏHLİL

Naira Ayrumyan

Lragir.am (Ermənistan), 14.02.2019

 

Ermənsitan parlamenti baş nazir Nikol Paşinyanın “iqtisadi inqilabın startı” adlandırdığı hökumət proqramını hələ də müzakirə edir. Lakin “Çiçəklənən Ermənistan”ın lideri Qagik Tsarukyanın proqramı şərh edərkən bildirdiyi kimi, siyasi inqilab üçün ruh və iradə bəs edirsə, iqtisadi inqilab üçün pul gərəkdir.

Yenixeber.org: Pul cəlb edilməsi məsələsi təkcə iqitsadi inqilabın həyata keçirilməsi üçün deyil, həm də Ermənistanda yeni hakimiyyətin sabitliyi üçün əsasdır. Pulu haradan götürməli? Qaynaq kimi bir neçə variantın adı çəkilir – birbaşa xarici yatırımların cəlbi, son illərdə talan edilmiş var-dövlətin qaytarılması, mülkün leqallaşdırılmasına görə “ödəniş” kimi yerli yatırımların cəlbi. Yerin təki və strateji aktivlərin tam və yaxud qismən milliləşdirilməsi haqda fikirlər də var.

Hər şeyə əsasən, hökumət ilk iki qaynağa söykənir – yatırımların cəlbi və talan edilmişin qaytarılması. Bu iki yön ictimai-siyasi diskursda bəzən bir-biriylə şərtlənir. Hətta fikir var ki, gerçək yatırımları keçmiş hakimiyyətin topladığı var-dövlətin müsadirəsilə əvəzləmək olar.

Xarici yatırımların cəlbi və talan edilmişlərin geri qaytarılmasının iki müxtəlif, prinsipcə bir-birinə bağlanmayan vəzifələr olduğu nəzərə alınsa, bu, qeyri-sağlam diskursdur. Hər ikisinin icrası gərəkdir, amma kimsə müsadirə edilən mülkü iqtisadi inqilabın qaynağı kimi qavrayırsa, onda bu, yanılmadır. Hətta biri o birinə mane ola bilər.

Hökumət proqramının müzakirəsi belə bir diskursun aktuallığından xəbər verir. Nikol Paşinyan müzakirənin gedişində boynuna alıb ki, hökumət məhkəmənin ittiham hökmü olmadan qanunsuz əldə edilmiş var-dövlətin müsadirəsi mexanizmini müzakirə edir. Ola bilsin, bu, preventiv məqsədlə edilib, ya da populist ritorikanın tərkibidir, amma artıq faktın özü suallar doğurur.

Paşinyan qeyd edib: “Günahsızlıq prezumpsiyası bu hallarda qüvvədə olmur, müqəssirlik prezumpsiyası işləyir. Adam var-dövlətin qanuni yolla əldə edildiyini sübut edə bilmirsə, onda bu, qanunsuz sayılır”.

O habelə qeyd edib ki, məhkəmə sisteminin indiki fəaliyyəti iqtisadiyyat üçün çox böyük problemlər yaradır. Məsələn, baş nazirin qeyd etdiyi kimi, Ermənistan Respublikasında indiki anda məhkəmə proseslərinə görə heç kimin olan 300 milyard dram var.

Faktiki olaraq, qeyri-məhkəmə mexanizmləri tərəfindən var-dövlətin  (300 milyard dramın) müsadirəsi variantı müzakirə olunur. Ola bilsin, haqqında artıq çoxdan danışılan antikorrupsiya qurumunun yaradılması nəzərdə tutulur, amma hansısa səbəblərdən yaradılmayıb. Amma məhkəmə qərarı olmadan əmlakın müsadirəsi həmişə şübhəli görünə bilər, çünki bir anda sual yaranar: bəs bu mülkün qanuniliyini kim müəyyən edir?

Ekspertlər dünya təcrübəsinə söykənərək bildirirlər ki, keçid ədliyyəsi dünyada normal hadisədir. Bu günlərdə ABŞ Konqresinin Helsinki Komtəsində bu haqda Ermənistandan da söz açılan dinləmələr baş tutub. FTB-nin keçmiş xüsusi agenti Brayan Erl bildirib ki, talan edilənlərin inkişaf etməkdə olan ölkələrə qaytarılması üçün ABŞ bütün səylərini qoymağa hazırdır və ABŞ-ın hüquq-mühafizə qurumları bu məsələ üzrə Ermənsitanla sıx işbirliyi aparır.

“Transparancy International” erməni təşkilatının təmsilçisi Sona Ayvazyan deyib ki, 2004-13-cü illərdə Ermənistandan 9 milyard dollar qanunsuz çıxarılıb.

FTB-nin keçmiş xüsusi agenti Keren Qrinuey deyir ki, bu vəsaitlərin qaytarılması zamanı əsas problem bundan ibarətdir ki, bunlar çox vaxt təkrar satışa məxsus olmayan malların alqısına  xərclənir, ya da bahalı geyimlərə, qumar oyunlarına və idmana sərf olunur.

Bundan başqa, bu vəsaitlərin bir bölümü xüsusən də qanuniliyin yoxlanması çətin olan ölkələrdə – məsələn, Rusiyada – səhmlərə, böyük biznesə qoyulub.

Bütün bunlar yada salır ki, iqtisadi inqilab üçün qaynaq kimi vəsaitlərin müsadirəsi o qədər də həqiqi deyil və məhkəmə və istintaqsız müsadirəni çox da xoşlamayan gerçək yatırımların yoxluğuna gətirə bilər.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam