Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistan parlamenti Qarabağla bağlı sənəd QƏBUL EDƏCƏK: 2019-2023-cü illər üzrə...

 

Ermənistan parlamenti Qarabağla bağlı sənəd QƏBUL EDƏCƏK: 2019-2023-cü illər üzrə...

Ermənistan hökumətin 2019-2023-cü illər üzrə fəaliyyət proqramının bu gün parlamentdə müzakirəsinə başlayıb.

Yenixeber.org: İndiki dəqiqələrdə hökumət proqramı müzakirə edilir.

Qeyd edək ki, ekspert cəmiyyətində proqram deklarativ xarakterinə görə tənqidə məruz qalıb. Proqram həmçinin qeyri-parlament müxalifəti tərəfindən tənqid edilib.

“Joxovurd” nəşrinin yazdığına görə, 71 səhifəlik sənədin diqqətçəkən məqamı onun əvvəlki hökumətin proqramını praktik olaraq tamamilə təkrarlamasıdır. Proqram 2018-ci ilin iyununda “məxməri inqilab”dan sonra parlamentdə təqdim edilmişdi.

Yeni proqram ən yaxın beş il üçün yazılıb və uzunmüddətli perspektivə göstərilmiş konkret göstəricilər var. Məsələn, iqtisadi artımın orta tempi ən azı 5 faiz təşkil etməlidir.

Sənəddə xarici siyasət sahəsində bir neçə diqqətçəkən aspekt var. Məsələn, qeyd edilir ki, hökumət ATƏT-in Minsk qrupu formatında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına səy göstərəcək. Bildirilir ki, danışıqlar prosesində “Artsax”ın (Dağlı Qarabağ – red.) statusunun və təhlükəsizliyinin təminatı Ermənistanın başlanğıc prioritetidir. Paşinyan hökuməti iddiasında qalaraq yenidən təsdiq edir ki, Dağlıq Qarabağdakı qondarma rejim münaqişə tərəfidir, nizama salınma prosesində həlledici səsə malik olmalıdır.

Amma hökumətin proqramında qonşu Türkiyəylə münasibətlərin yaxşılaşması haqqında heç nə yoxdur, hərçənd Paşinyan ilkin şərtlərsiz bu ölkə ilə münasibətlərin qurulmasından daha əvvəl danışıb.

Ermənistanın Respublika Partiyasının (rəhbəri keçmiş prezident və baş nazir Serj Sarkisyandır – red.) mətbuat katibi Eduard Şarmazanov da yeni hökumət proqramıni tənqid edib. Şarmazanov hökumət proqramının qeyri-müəyyən söz yığını olduğunu deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam