Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

“Paşinyanın hakimiyyəti qanunsuzdur” - “Yarımçıq inqilab”ın son mərhələsi

 

“Paşinyanın hakimiyyəti qanunsuzdur” - “Yarımçıq inqilab”ın son mərhələsi
Nikol Paşinyan Ermənistanda hakimiyyəti qanunsuz şəkildə, zorla ələ keçirib. Bu azmış kimi, verdiyi vədlərə və elə özünün təklif ilə hökumət proqramında yazılanlara əməl etməyib. Bu isə açıq şəkildə göstərir ki, Ermənistan xalqının hisslərindən yenə də manipulyasiya aləti kimi istifadə olunur.
Yenixeber.org: Bunu Ermənistanın “Milli özünütəyin birliyi” partiyasının sədri Paruyr Ayrikyan bu gün jurnalistlərlə görüşündə deyib. Onun sözlərinə görə, Paşinyanın baş nazir olaraq yazılı şəkildə xalqa təqdim etdiyi və parlament tərəfindən də təsdiqlənən öz hökumət proqramının müddəalarına zidd getməsi əslində, qanun pozuntusudur. Və nədənsə, Paşinyanın təkhakimiyyətliliyinə hesablanan bu pozuntuya göz yumulur, xalqa qorxu hissi aşılanır.

“Paşinyan hökumətinin proqramında yazılıb ki, növbədənkənar parlament seçkiləri bir ildən sonra və yeni Seçki Məcəlləsinin qəbulu ilə keçirilməlidir. Amma reallıqda bunların heç biri yoxdur. Parlament qarşısında təşkil edilən mitinqin məqsədi cəmiyyətdə bir vahimə, çaxnaşma yaratmaqla dekabrda növbədənkənar seçkilərin keçirilməsinə nail olmaq idi”.



Ayrikyan onu da xatırladıb ki, hələ Serj Sarkisyanın dövründə müxalifətdə olan Paşinyan Avrasiya İqtisadi İttifaqı strukturlarına inteqrasiyaya şiddətlə qarşı çıxırdı, “amma indi bu İttifaq nədənsə Paşinyan üçün dünyada ən yaxşı təşkilata çevrilib. Bundan başqa, bir neçə ay əvvəl o, oliqarxlarla mübarizə elan edib və indi ortaya çıxır ki, sən demə Ermənistanda oliqarx yoxdur. Adam gərək özünün təklif etdiyi proqrama və sözlərinə sədaqətli və dürüst olsun”.

Erməni siyasətçiyə görə, Paşinyan gözdən pərdə asmaqla xalqın milli hisslərindən öz şəxsi ambisiyaları üçün istifadəni davam etdirərsə, çox keçmədən elə onun özünün adlandırdığı kimi, “yarımçıq inqilab” Paşinyanın sıfır etibarla siyasi səhnədən birdəfəlik uzaqlaşdırılması ilə tamamlanacaq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam