Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Prezidentliyə namizəd:Rusiya xarici siyasətdə yalana son verməlidir

 

 

   

Özünü böyük güc kimi aparmaq üçün böyük güc olmaq lazımdır.

Yenixeber.org: Bu sözləri Rusiya prezidentliyinə namizəd Qriqori Yavlinski “Birinci kanalda” keçirilən debat zamanı söyləyib.

“Rusiyanın hazırda dünyanın ümumdaxili məhsulunda payı 2%-dir. Bu şəraitdə o heç bir güclü xarici siyasət apara bilməz. Xarici siyasət incəsənətdir. Son illərdə Rusiya digər ölkələrə 160 milyard dollarlıq borcu bağışlayıb. Bu, 9 trilyon rubl deməkdir. Ümumi hərbi büdcəmiz isə 3 trilyon rubldur”, - o bildirib.

Yavlinski qeyd edib ki, bugünkü xarici siyasət sanksiyalara səbəb olub:

“Dünyanın istənilən ölkəsi Rusiyanı sanksiyalar hədəfi kimi istifadə edə bilər. Əslində isə ölkənin Albaniya, Latviya, Litva kimi balaca ölkələrin istənilən anda sanksiya tətbiq edə biləcəyi hala gətirilməsi xarici siyasətin süqutudur. Bundan çıxış yolu gələcək prezidentin əsas vəzifəsidir”.

Onun sözlərinə görə, Rusiya ordularını Donbas və Suriyadan çıxartmalıdır:

 

“Xarici siyasətimizin Rusiya vətəndaşlarının rifahı üçün çalışması naminə bunları etmək lazımdır: Donbasda savaşı dayandırmaq, Krımın statusunu həll etmək, Suriyadan ordunu çıxartmaq, Rusiyanı beynəlxalq təcriddən xilas etmək, qonşularla və hər kəsdən öncə Ukrayna ilə sülhə nail olmaq, Avropa və dünya ilə qarşılıqlı fayda verəcək ticarət və iqtisadi əlaqələr qurmaq, üzərinə götürülən beynəlxalq öhdəliklərə ciddi şəkildə əməl etmək, öz xarici siyasətimiz və xarici siyasətimizdəki vəziyyət haqqında yalan danışmağı və dünyaya düşmən kimi baxmağı dayandırmaq gərəkdir. Bu bizim ölkə üçün həyati əhəmiyyətlidir. Bugünkü siyasət təəssüf ki, Rusiyanı arxasında parçalanmanın olduğu təhlükəli sərhədə aparır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam