Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Putinə qarşı seçkidə iştirak etməyin mənası varmı?

 

Bəzi müxalfətçi namizədlərin fikrincə, “hə”

 

Yenixeber.org: “Qriqori Yavlinski, “Yabloko” parityasının lideri 2018-ci ilin martın 18-də seçkilərdə namizəd olmağa hazrılaşan müxalif siyasətçilərdəndir. Lakin o belə qalib gəlməyə heç bir şansı olmadığını etiraf edir. Bununla bərabər Yavlinski cəhd etməyin mənasız olduğunu söyləyənlərlə razılaşmır”.

ABŞ-ın “The Christian Science Monitor” jurnalının əməkdaşı Fred Ueyr Rusiyanın liberal camiəsinin önəmli fiqurlarından biri hesab olunan Yavlinski ilə reportajı bu cümlələrlə başlayır.

“Yabloko” liderinin fikrincə, seçkilər Putinin opponentləri üçün mətbuata çıxış əldə etmək və düşündüklərini söyləmək baxımından əla fürsətdir. “Aydın məsələdir ki, Putinlə Rusiyanın heç bir gələcəyi yoxdur. Lakin bunu kimsə deməlidir, ya yox.. İnsan öz zamanında və yerində hərəkət etməlidir. İndi mən də ya heç nə etməmək, ya da elə indikini həyata keçirmək, yəni namizəd olmaq seçimi qarşısındayam”, -Yavlinski bildirib.

“Bu seçkiləri həqiqi siyasi hadisəyə çevirə biləcək iki adam var - biri Aleksey Navalnı, digəri isə Qriqori Yavlinskidir. Yavlinski ortaya müsbət gündəlik gətirərək, onu ictimai diskussiyanın tərkib hissəsinə çevirmək istəyir. Navalnı isə Kremli müəyyən istiqamətlərdə hərəkət etməyə məcbur edən qüvvə rolunu oynayır. Onların hər iksinin nə etdiyi və danışdıqları diqqətlə izlənilir”, Ali İqtsad Məktəbinin eksperti Nikolay Petrov müəllifə rəyini bildirib.

Petrovun firkincə, Navalnı tərəfindən yaradılan ajiotaj Kremli namizədlərin daha geniş spektrinə icazə verməyə məcbur buraxıb. O, Pavel Qrudinin və Kseniya Sobçakın iştirakını da bu qəbildən olan siyasətə bağlayır.

Navalnı özü isə seçkilərdə iştirakın qəti əleyhinədir. Kremlin bir çox tənqidçisi də boykotu azadlıqlarını ifadə etməyin yeganə üsulu hesab edirlər.

Rusiyanın Yekaterinburq şəhərinn müxalifətçi meri Yevgeni Royzman da eyni fikirdədir: “Mən situasiyanı dəyişə bilmirəmsə, seçkisiz seçkilərdən özümü kənarda qoyuram. Namizədlər onlardan xahiş olunduğu, icazə verildyi üçün seçkilərdə iştirak edirlər. Bu da onların seçimidir. Mənim mövqeyim isə ümumiyyətlə iştirak etməməkdir”.

Məqalədə Putinin populyarlığının və əhali içində dəstəyinin hələ də olduqca qüvvətli olduğu göstərilib.

Hüquq müdafiəçisi Sergey Davidis bunu informasiya sahəsindəki monopoliya ilə əlaqələndirir. “Son 18 ildə insanlara dövlətin elə Putinin özü olduğu təlqin edilir. Ona görə də ölkəni onsuz təsəvvvür etməyənlərin sayının çoxluğuna təəccüblənmək lazım deyil. Araşdırmalar göstərir ki, Putinə verilən dəstək mexanizmi əslində müsbət yox, mənfi xarakter daşıyır. Yəni insanlar ötən əsrin 90-cı illərindəki dağınıq vəziyyətin təkrarlanmasını arzu etmirlər. Bu səbəbdən Putinə verilən dəstək əslində alternativ görünmədiyi üçündür”.

Yavlinski başqa bir faktorun adını çəkir. Bu da Qərb demokratiyasının çökməsidir. “Bu gün Qərblə bağlı ruhlandırıcı nəyisə söyləmək çətindir. Avropa çətin vəziyyyətdədir. ABŞ-dan isə heç danışmağa dəyməz. Necə ola bilər ki, 230 illik demokratiya tarixinə malik dövlətin başında Tramp kimisi dayansın. Üstəlik eşidirik ki, Putin bütün dünyada, hətta ABŞ-da belə seçkiləri manipulyasiya edir. O zaman Rusiyanın özündə hansı seçkiləri gözləyə bilərik”, - Yavlinski bildirib.

Bununla belə, Yavlinski seçkidə iştirakı vacib sayır. “Əgər heç olmasa 5 və ya 10 milyon adam mənim söylədiklərimə səs versə, bu zaman ordumuzun həm Ukraynadan, həm də Suriyadan çıxarılması, habelə Qərblə münasibətlərin düzəlməsi baxımından müsbətə doğru dəyişikləri görə bilərik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam