Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“Rusiyanın Hələbdəki davranışları qəddarlıqdır” -Federika Mogerini

federica-mogherini-011

“Avropa İttifaqının bütün üzvləri razıdır ki, Rusiyanın Hələbdəki davranışları qəbuledilməz qəddarlıqdır”.

Xeberinfo.com:   Bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini İtaliyanın “La Stampa” qəzetinə müsahibəsində deyib. O bildirib ki, bu məsələ ilə bağlı Aİ daxilində fərqli fikir yoxdur: Biz o fikirlə də razıyıq ki, istər Suriya, istərsə başqa məsələlərlə bağlı Rusiya ilə açıq siyasi kanal mövcud olmalıdır“.

Hal-hazırda Suriyaya edilə biləcək ilk yardımın bu ölkənin bombalanmasına son qoyulması olduğu söyləyən F. Mogerini İran, Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İordaniya, Livan, Qətər, BƏƏ kimi regional oyunçular, eləcə də Suriya müxalifətinin müxtəlif qurumları, vətəndaş cəmiyyətinin digər qüvvələri ilə birbaşa dialoq apardığını vurğulayıb: “Biz dörd sualla ümumi cavablar axtarırıq: Suriyanın birliyi necə olmalıdır? İdarəçiliyin hansı forması müəyyən edilməlidir? Barışıq prosesini necə aparmaq lazımdır? İqtisadi nöqteyi-nəzərdən ölkəni necə bərpa etmək olar?..“

F. Mogerini qeyd edib ki, Suriyanın bərpasına külli miqdarda vəsait lazım olacaq: “Ola bilər, Moskva və Vaşinqtonda düşünürlər ki, müharibə bitdikdən sonra kitabın bu fəsli bitmiş olacaq. Lakin biz belə düşünmürük”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam