Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Almaniya Avropa İttifaqını Türkiyəyə iqtisadi təzyiq göstərməyə çağırıb

 

Yenixeber.org: Almaniya hökuməti Avropa İttifaqının icra orqanı Avropa Komissiyasına müraciət edərək Türkiyə ilə Gömrük Birliyi anlaşmasının yenilənməsinin təxirə salınmasını istəyib.

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Almaniya Avropa Komissiyasından Türkiyəyə iqtisadi təzyiq göstərilməsini də tələb edib.

 

Bu tələblər Almaniya tərəfindən Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini və Avropa Komissiyasının genişlənməyə məsul nümayəndəsi Yohhanes Hana göndərilən məktubda əksini tapıb. Məktubda Aİ üzvlüyünə hazırlıq mərhələsi çərçivəsində Türkiyəyə ayrılan maddi yardımların kəsilməsi məsələsinin konkretləşdirilməsi tələb edilir. Eyni zamanda, Berlin hesab edir ki, Aİ Türkiyə ilə Gömrük Birliyi anlaşmasının müasirləşdirilməsi mövzusunda Ankara ilə aparılan müzakirələri dondurmalı, demokratiya vıə hüququn üstünlüyünə hörmək etməsi üçün Türkiyəyə təzyiq göstərməlidir.  

 

Qeyd edək ki, Türkiyə ilə Almaniya arasında bir müddətdir gərginlik hökm sürür. Gərginliyin səbəbi Almaniyanın Türkiyədə hərbi çevriliş cəhdində ittiham edilən hərbçilərə, mülki şəxslərə, eləcə də Türkiyədən mühacirət etmiş jurnalistlərə sığınacaq verməsi, Türkiyənin isə Almaniya vətəndaşı olan jurnalisti və hüquq müdafiəçisinin həbs etməsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam