Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“İran və Rusiya ABŞ-ın Suriyaya hücumu qarşısında sakit oturmayacaq” -Əlaiddin Bürucerdi

“İran və Rusiya ABŞ-ın Suriyaya hücumu qarşısında sakit oturmayacaq”
“İran və Rusiya Donald Tramp hökumətinin Suriyaya ağılsız hücumu qarşısında sakit oturmayacaq”. 

 

Yenixeber.org:  İran parlamentinin rəsmi saytına istinadən məlumata görə, bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaiddin Bürucerdi deyib. 

“Bütün dünya bilir ki, suriyalılar BMT ilə əldə etdiyi razılıq əsasında bütün kimyəvi silahlarını təhvil verib. Deməli, Suriya hökumətinin ixtiyarında kimyəvi silah yoxdur. Digər tərəfdən kimyəvi silahlardan istifadə adətən o vaxt baş verir ki, ordu qüvvələri müharibədə məğlub olduğunu hiss edir. Suriya ordusunun mövqeləri isə yaxşıdır, Hələbi azad edib, digər bölgələri azad etmək üzrədir. Müharibədə udan tərəf olan ölkə nə üçün belə bir addım atmalıdır? Əslində, Suriya hökumətində heç kimyəvi silah da yoxdur”, - deyə o vurğulayıb. 

Ə. Bürucerdi deyib ki, terrorçular bundan öncə kimyəvi silahdan istifadə etməkdən çəkinmədiyini göstəriblər: “Əsəd hökumətinin kimyəvi silahdan istifadə etməsi iddiası boş bir şeydir. Bu, son 6 ildə Suriyada məğlub olan ABŞ və Avropadan olan müttəfiqləri üçün bir bəhanədir. Onlar təbliğat maşınını işə salaraq dünya ictimaiyyətinin fikrini yayındırmaq istəyir və məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmaq istəyir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam