Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"İcra başçılarını ömürlük zindanlarda çürüdərdim..." -Deputatdan şok fikirlər

adil eliyev

 

“Alnım açıqdır. Dövlətin bir dənə də olsun layihəsində, tikintisində, təmirində iştirak etməmişəm…”

“Bu gün bizim qanunlarımızda həddindən artıq boşluqlar var”.

Xeberinfo.com:   Məlumata görə, bunu Milli Məclisin üzvü Adil Əliyev ölkə.az saytına müsahibəsində deyib. Deputat “Əlinizə fürsət düşsə, Azərbaycanda nəyi dəyişərdiniz” sualına cavabında bildirib ki, qanunları həddən artıq sərtləşdirə, hətta edam cəzasını tətbiq edərdi.

“Rüşvət və korrupsiya cinayətlərinə görə müəyyən sərt qanunlar, məsələn, asmaq, edam etdirmək, qolunu kəsdirmək kimi cəzalar tətbiq edərdim. Qərarların icrasına şəxsən nəzarət edərdim. Çox şey edərdim. Qanunsuz torpaq satandan tutmuş, qanunsuz tikintiyə icazə verən icra başçılarına kimi, hamısını həbs etdirib, ömürlük zindanlarda çürüdərdim”.

Deputatın müsahibəsindən daha bir maraqlı məqam: “Heç kimə borcum yoxdur. Alnım açıqdır. Dövlətin bir dənə də olsun layihəsində, tikintisində, təmirində iştirak etməmişəm. Kiminsə mətbəxinə girmək fikrim yoxdur. Kiminsə çirkli paltarlarını eşələmirəm. İrad tutanlar var. Dəvət edirəm, yığışıb gəlsinlər, müzakirə edək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam