Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Onlar ömürlük həbs alırsa, bu, hər gün ölüb-dirilməyə bərabərdir" -Xain hərbçilər edam oluna bilərmi?

 

Vətənə xəyanət edərək, ermənilərə "işləyən” hərbçilərin aşkarlanması ilə bağlı yayılan məlumat cəmiyyətdə şok effekti yaradıb.

Yenixeber.org:  Düşmən kəşfiyyatına casusluq edən azərbaycanlıların mövcudluğu əhalinin qəzəbinə səbəb olub və sosial şəbəkə istifadəçiləri həmin şəxslərin edam edilməsiylə bağlı çıxışlar edirlər.

 

Bu təkliflə çıxış edənlər Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra edam cəzasının müzakirəyə çıxarılması misal gətirərək Azərbaycanda da ölüm hökmünün bərpası məsələsinin vacibliyini bildirirlər.

 

Edam məsələsinin bir neçə dəfə gündəmə gəlməsini nəzərə alsaq, vətənə xəyanət edənlərin aşkarlanması məsələsi edam cəzasını bərpasına gətirib çıxara bilərmi?

 

Məsələ ilə bağlı BakiPost.az-a açıqlama verən millət vəkili Zahid Oruc bildirib ki, ömürlük həbs ölüm cəzasından da betərdir: "Azərbaycan qanunvericiliyində "vətənə xəyanət” maddəsi ləğv edilib. Həmçinin ölüm cəzası da qanunvericilikdən çıxarılıb. Dünya praktikası sübut edir ki, cəzanın sərtliyi cinayətlərin sayını azaltmır, qarşısını almır. Daha başqa yanaşmalar, üsullar, vasitələr tətbiq olunmalıdır ki, həmin problem çözülsün və cinayətin baş verməsinə səbəb olan amillər aradan qalxsın.

 

 

Ölüm cəzasının bərpası məsələsini təkrar gündəmə gətirməyi məqbul saymıram. Vətənə satqınlıq edən adamlar ömürlük həbs alırsa, bu, hər gün ölüb-dirilməyə bərabərdir. Məncə, ömürlük cəza ölümdən də betərdir. Daha ağırdır, daha məhrumiyyətlidir, daha məşəqqətlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam