Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Söymək, təhqir etmək yaxşı müxalifət olmaq deyil”

Razi Nurullayev: “Söymək, təhqir etmək yaxşı müxalifət olmaq deyil”

 

 

“Müxalifətçilikdə inhisar yolverilməzdir. Heç bunun düsturu və meyarları da qanunla müəyyən edilmir. Hər kəsin, hər təşkilatın fərqli yanaşmasının olması mümkündür. Bir təşkilat mitinqin tərəfdarı, o biri əleyhdarı olursa, biri tənqidin radikal formasının, o biri nəticəyə hesablanan tənqidin tərəfdarı olursa, normal haldır”.
Xeberinfo.com:   Musavat.com xəbər verir ki , bunu ölkədə müxalifətinin fəaliyyətindən danışan yeni yaradılmış Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib. 
Sədr qeyd edib ki, Radikallıq, birbaşa İlham Əliyevi ən sərt sözlərlər tənqid etmək, təhqirlərə yol vermək, kiminsə şəxsiyyətini aşağılamaq yaxşı müxalifət olmaq demək deyil: 
“Bu heç müxalifətçilik deyil, bədbəxtçilikdir, sadəcə. Əslində, təşkilatların təmərküzləşməsi, inteqrasiya etməsi, bu və ya digər məsələlər ətrafında müzakirə açması, proqram hazırlaması çox yaxşı haldır. Oturub gözləməkdənsə, dərvişi-libas olub tənqidi şeir deməkdənsə, özündən başqa kimsəni bəyənməməkdənsə, digərlərinə don biçməkdənsə, çaba göstərib nələrsə etmək daha yaxşıdır. Bu gün müxalifətdə kimin birinci, kimin ikinci, kimin üçüncü, kimin güclü, kimin zəif olduğunu müzakirə etmək, kimin həqiqi, kimin yalan olduğunu bəyan etmək natamamlıq kompleksidir. İşləmək və nəticə göstərmək tələb olunur. Həyatını sərt tənqidlərə həsr etmək, rəngləri görməkdən imtina etmək, özündən başqa heç kimi görməmək, özünə vurulmaq, cibində ayna gəzdirib tez-tez camalına baxmaq xəstəlik əlamətidir”.
“Daha sərt tənqid etmək, təhqir etmək qəhrəmanlıq və xalqın əzabkeşi olmaq demək deyildir” deyən AXCP sədri bildirib ki, fəaliyyət nəticə ilə ölçülür: 
“Siyasətdə duyğulara yol verilməsə daha yaxşıdır. Bir boksçu böyük-böyük danışa-danışa, "kəsəcəm", "öldürəcəm", "dağıdacam", "çənəsini sındıracam" deyə-deyə, lopa-lopa sağına-soluna tüpürə-tüpürə rinqə çıxır. Təvəzökar görünən rəqibi isə bir zərbə ilə onu nokauta salır. Bu gün özündən razıları, elə o bəyənmədikləri və gücünə inanmadıqları kəslər komaya salacaqlar”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam