Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Əksər partiyaların nizamnaməsi oxşar, ideoloji xətləri isə yoxdur”

Razi Nurullayev: “Əksər partiyaların nizamnaməsi oxşar, ideoloji xətləri isə yoxdur”

 

 

“Müxalifət düşərgəsində "mən-mən" abi-havasından, özünə vurğunluqdan, bir-birini tanımaq və tanımamaq iddiasından geri çəkilməkdə fayda var. Təbii ki, elə məqamlar və elə adamlar var ki, onların ümumi işə ziyan vuracağı qənaətindən qaça bilmirsən. Bizim AXCP ilə bağlı vəziyyətimiz kimi... Ümumiyyətlə isə, ölkədə kifayət qədər ciddi partiyalar və siyasətçilər var ki, birləşərək ölkənin siyasi həyatına əsaslı təsir göstərə bilərlər. Bəri başdan qeyd etmək istəyirəm ki, ümumi işin xeyrinə olan birliklərdə iddiasız və ön şərtsiz iştirak etməyə hazırıq”.
Xeberinfo.com:   Bu sözləri yeni Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyib. 
Partiya sədri bildirib ki, bu gün əhalinin böyük bir hissəsi siyasi prosesləri izləsə də, bu proseslərdə birbaşa iştirak etmir: “Onlar üçün siyasi partiyalar etibarını itirmiş qurumlardır. Çünki, bir çox partiya və siyasətçilər gücündən artıq danışmaq və bəyanatlar səsləndirmək, hədələr dilə gətirmək, qarşısındakını aşağılamaq, hörmətdən salmaq, başqa siyasətçinin gördüyü xeyirli işin də təkərinə çomağ soxmaq yolunu tutur. Bəlkə də, bu qısqanclıq ucbatından, gözü götürməzlikdən irəli gəlir. Halbuki, Azərbaycan siyasətində o qədər boşluqlar var ki, hələ səhnədə olan siyasətçilər qədər də insana yer var. Heç kim heç kimin yerini dar etmir. Əslində, burada ciddi bir səbəb də var və bu qısqanclıq hissi də elə buradan başlayır”.
“Əksər siyasi partiyaların nizamnaməsi, məramı və məqsədləri çox oxşardır. İdeoloji xətləri yox səviyyəsindədir” - deyən Razi Nurullayev qeyd edib ki, bu partiyalara dəstək olmağa gücümüzü səfərbər edə bilərik: “Öz adımdan deyə bilərəm ki, biz kifayət qədər dəyişiklik yaratmaq yolunu tutmuşuq və təcrübəmizi istənilən dost partiya ilə bölüşməyə hazırıq. Onlara dəstək olmağa da gücümüzü səfərbər edə bilərik. Sonunda, qoy cəmiyyətimiz, insanlarımız və güclü olan qazansın. Azərbaycan siyasi həyatı üçün 5-6 ciddi ideoloji xətt üçün məkan və yer var. Ən azı isə 10-15 əhali təbəqəsi ilə də işləmək imkanları mövcuddur. Elə problem ondadır ki, siyasi partiyalar eyni hədəf qrupları, eyni təbəqə və eyni insanlarla ünsiyyət qurmağı sevir. Belə görünür ki, hər kəs çalışır ki, on milyon vətəndaşımızı tərəfinə çəksin. Bu isə mümkün deyil və dünyada da indiyə qədər uğur qazanmayıb. Belə hallar inqilablar zamanı və ölkənin ərazi bütövlüyünün itirilməsi zamanı - konkret olaraq müharibələr vaxtı mümkündür. Bunun üçün də ölkənin siyasi partiyalarının ciddi məsləhət və məşvərət etməsində fayda görürəm. Hər kəsin güclü olduğu və hər kəsin daha yaxşı işləyə biləcəyi əhali qrupları var. Bunu müzakirə edə və ciddi qərarlar da verə bilərik. Yenə də təkrarlamaq istərdim ki, bunun üçün ciddi və sağlam siyasi qüvvələrin bir yerə toplanmasına ehtiyac var. Biz bu ehtiyacı görür və dost partiya və siyasətçilərlə bu imkanları müzakirə etməyə hazırıq”.
Razi Nurullayev bildirib ki, sədrlik etdiyi partiya qısa zaman kəsimində böyük yol qət edib və onlarla təklif və proqramlar hazırlayıb: “Partiyanın ideoloji, nəzəri və əməli dayaqları olacaq alt yapısı üzərində də işləyirik. Partiya, tamamilə yenilənməkdə və təzələnməkdədir. Çalışacağıq ki, qoyduğumuz fundament elə möhkəm olsun ki, şəxslərə bağlı olaraq uçulub tökülməsin. Biz sağlam siyasi qüvvələrlə əməkdaşlığa və müzakirələrə hazırıq. İstər ölkənin iç siyasəti, istər xarici siyasət, istər də Dağlıq-Qarabağ müharibəsinin həllinə töhvədə... Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı “Vahid Qərar Şurası” da gündəmimizin əsas mövzusudur. Burada iştirak və müzakirə də hər kəsə açıqdır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam