Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

“O qədər yaxşı söyüşlər bilirəm ki...“

 

Ümid Partiyasının sədri İqbal Ağazadə iqtidar-müxalifət görüşlərini pisləməyə cəhd edən müxalifət partiyalarına sərt mesaj göndərib

"Xeberinfo.com":  Məlumata görə, İqbal Ağazadə Trend-ə açıqlamasında həmin partiyaların mövqelərinin düzgün olmadığını söyləyib: 
“Düşünürsən ki, bu pisdir, imitasiyadır, şoudur, iştirak etmə, amma iştirak edəni aşağılamaq, buna başqa cür yanaşmaq yanlışdır. Mən də Azərbaycan dilini, leksikonumuzu çox gözəl bilirəm, həm də bir az kənd adamıyam. O qədər yaxşı söyüşlər bilirəm. Mən də onlardanmı deyim? Ayıb olar axı belə şey. Kimsə durur ağzına gələni danışır, başqasına dərs verməyə çalışır. Xoşuna gəlmir, qəbul etmirsən, iştirak etmə. Mən səni məcbur etmirəm ki, gəl iştirak et və yaxud demirəm ki, iştirak etməyən vətəni satır, milləti satır, filan edir. Deyirəm o da belə düşünür, düşüncəsinə hörmət edirəm. O da mənə desin ki, qəbul etmirəm, iştirak etmirəm, amma daha təhqir etməsin”.
Partiya sədri ümumilikdə iqtidar-müxalifət görüşünü müsbət dəyərləndirdiyini diqqətə çatdırıb: “Bunun nəyi pisdir ki? Oturub söhbət edirik də. Dava edək? Oturub danışırıq, nəyi razılaşa biləcəyik, razılaşacağıq, nəyi razılaşa bilməyəcəyik, razılaşmayacağıq. Amma bu, dava etməkdən yaxşıdır. Hesab edirəm ki, bu proses davam etməlidir”.
Qeyd edək ki, bəzi müxalifət partiyaları, xüsusən də AXCP iqtidar-müxalifət dialoqunu pisləməyə çalışır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam