Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“AXCP-Müsavat davası genişlənəcək”

 

 

      "xeberinfo.com": Ümid Partiyasının sədri, millət vəkili  İqbal Ağazadə son günlər AXCP və Müsavat partiyasının qarşılıqlı olaraq bir-birlərini tənqid və təhqir etməsinə münasibət bildirərkən qeyd edib ki, “bu adamlar hansı səbəbdən bir yerdə olduqlarının fəlsəfəsini qəbul edə bilməyiblər. Niyə bir yerdə olduqlarına cavab tapa bilməyiblər. Cavab tapa bilmədiklərinə görə də bu cür sadə vəziyyətlərdə çox mürəkkəb münaqişələr yaradırlar. Hesab edirəm ki, AXCP, Müsavat və başqa partiyalar arasında olan münaqişələr bu davanı daha da genişləndirəcək. Bu, o vaxta qədər genişlənəcək ki, hər kəs öz yerini bəlli eləsin. Bunların heç birinin cəmiyyətdə və siyasətdəki yeri bəlli deyil”. İqbal Ağazadənin sözlərinə görə, müxalifətin bu qrupunun çalxalanması nəticə etibarı ilə daha realist və prinsiplərə söykənən qüvvələri üzə çıxaracaq:   “Azərbaycanda çox yaxşı proses başlayacaq - olduqca yaxşı. Yeni düşüncə gələcək siyasətə: praqmatik, realist və dünyanın bu coğrafiyadakı istək və maraqlarını ölçüb-biçən, hakimiyyətin siyasətini düzgün anlayan, xalqın nə istədiyini, bu proseslərə xalqı necə cəlb etməyin yollarını bilən düşüncə gələcək. Biz bunu 2013-cü il seçkilərində platformamıza qoymuşduq və hesab edirik ki, bu, doğrudur”. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam