Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Milli Şuradan daha bir partiya çıxa bilər

 

“Azərbaycan müxalifətinin bir yerdə olması vacib məsələlərdən biridir. Müxalifət qüvvələri, demək olar ki, Milli Şurada birləşə bilmişdi. Son iki ayda həm ALP-ın, həm Rəsul Quliyevin daha sonra Müsavat Partiyasının Milli Şuradan getməsi qurumun imicinə mənfi təsir göstərdi. Bu proses hələ davam edir. Bilirsiz ki, tanınmış simalardan da Milli Şuradan getmələri ilə bağlı bəyanat yayanlar var”.

    "xeberinfo.com":Bunu açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu deyib. Partiya funksioneri Milli Şuradakı istefalara təəssüfləndiyini bildirib: “Nə etmək olar? Hər bir siyasi təşkilatın Milli Şurada üzvləri var və onların da daxili qərarları var. Mən hansısa partiyanın daxili qərarını şərh etmək istəmirəm. Milli Şurada baş verənlər KXCP-də müzakirə olunur. Konkret olaraq, Milli Şura ilə bağlı yanvarın 13-də qərar verəcəyik. Hədəflərə çatmaq üçün partiyaların ayrı-ayrılıqda fəaliyyət göstərmələri deyil, bir yerdə olmaları daha məqsədəuyğundur. Belə deyilsə, KXCP nə edə bilər ki? Biz getdikcə azalırıq. Hədəflər o qədər uzaqdadır ki, ona çatmaq üçün yalnız birləşmək lazımdır. Hazırda Milli Şura böhran keçirir. Əziyyətlə yaradılan qurumun bu qurumun bu vəziyyətə düşməsi bizi təəssüfləndirməyə bilməz”.

   X.Teyyublu AXCP və Müsavat Partiyası arasında baş verənlərə də münasibət bildirib: “AXCP və Müsavat kimi nüfuzlu təşkilatların bir-birlərini ittiham etmələri mənfi fəsadlar yaradır. Belə olan halda, müxalifətin cəmiyyədəki nüfuzuna ziyan dəyir. Biz bu halın baş verməsinə də təəssüflənirik. Bu cür olması düzgün deyil. Bu, insanlar arasında ruh düşkünlüyü yaradır. Bizə də müraciət edib, deyirlər ki, bu nə vaxta qədər davam edəcək? Mübarizəni aparmaq üçün insanda xoş ovqat olmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam