Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

"Ordumuzda bir nəfər də olsun fərari olmayıb"

“Ordumuzla bağlı bir çox məsələləri işıqlandırırlar, insanların bu quruma münasibətinin yaxşıya doğru son bir ayda necə dəyişdiyinin şahidi oluruq. Millətimizin böyük əksəriyyəti özlərinə aid olan sahələrdə ordumuza dəstəyini əsirgəmədiklərini səmimi şəkildə göstərir”.

 

Xeberinfo.com:  Məlumata görə, bunu deputat Fazil Mustafa Feysbuk səhifəsində yazıb. Millət vəkili qeyd edib ki, ən vacib məsələlərdən biri də ordumuzdakı fərariliyin statistikası ilə bağlıdır:

“Etiraf etməliyik ki, 10-15 il öncəsində, hərbi əməliyyatların bu dərəcədə sərtləşmədiyi dövrdə yetərli sayda fərari olduğu barədə bilgilər mətbuatda yer alırdı. Hüquq-mühafizə orqanlarının gündəmində fərarilik məsələsi aktuallığını hər zaman qoruyurdu.

Halbuki, qürurverici bir haldır ki, aprel ayından döyüş əməliyyatları başlayan andan bu günədək aldığım qeyri-rəsmi məlumata görə ordumuzda bir nəfər də olsun fərari olmayıb. Yəni fərarilik faktına rast gəlinməyib”.

F.Mustafanın sözlərinə görə, Ermənistan ordusunda isə fərarilərin sayının kifayət qədər artdığı mətbuatlarında açıq şəkildə qeyd olunur: “Qabardılası, işıqlandırılası, fəxr olunası ən ciddi faktlardan biri də budur, məncə.

Demək ki, birinci növbədə qələbəyə əsgər inanır və kritik anda döyüş mövqeyini tərk etmir, ardınca Azərbaycan cəmiyyəti qələbəyə inanır və sonda qalib gəldikdən sonra dünya haqqımızla, hüququmuzla hesablaşmalı olur. İşin bəsit formulu budur”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam