Tahir Kərimli hesablama palatasının hesabatında göstərilən nöqsanlardan danışdı
Tahir Kərimlinin parlamentədəki mediada əks olunmayan 15 çıxışından
Xeberinfo.com: Tahir Kərimlinin Milli Məclisin Plenar və Komitə iclaslarında mediada əks olunmayan 15 çıxışı olub. Bu çıxışlarda Konstitusiyaya dəyişikliklər, məhdudlaşdırıcı qanunların qəbulunun yolverilməzliyi, Dağlıq Qarabağ və Xocalıya görə ölkədə xüsusi məhkəmənin və Beynəlxalq Tribunalın təşkili, islahatların xarakteri, kredit, əhalidən məhsulların alınması, iş yerlərinin açılması, yol, su, qaz və s. Problemlərin həlli ilə bağlı məsələlər qalıdırılmışdır.
Aprel ayının 15-də Milli Məclisdə keçirilinən iclasda Vəhdət Partiyası sədri, Millət Vəkili Tahir Kərimli iki dəfə geniş çıxış edib. Həmin çıxışların xülasəsini veririk.
Azərbaycan Respublikasının Hesablama Palatasının hesabatı müsbət qiymətləndirilsə də orada göstərilən nöqsanların vacibliyini Tahir Kərimli bildirib. O deyib ki, Hesabatda xoşagələn o haldır ki, yeni qanun layihəsinin hazırlanması məsələsi qoyulur. Çünki köhnə qanunvericilikdə həm Hesablama Palatası haqqında qanunda, həm də daxili Nizamnamədə elə normalar var ki, təkarlarnırlar, bunlar bir-birinə zidd ola bilirlər. Beynəlxalq normalara uyğun gəlməyən normalar var və Konustusiyaya istinad olmayan maddələr var. Burada qeyri-müəyyən ifadələr işlədilir. “Hesablama Palatası haqqında” qanunun 16-cı maddəsi maliyyə büdcə ekspertizası aparılmasını qadağan edir, amma əksinə Hesablama Palatasının daxili Nizamnaməsinin 21.4 maddəsi əksinə müəssə təşkilatlar, yerli özünü idarə orqanlarında audit nəzarət tədbirlərinin apara bilməsini qeyd edir ki, bu normalar bir-birinə ziddir. Məsuliyyət növünün qeydə alınmasına dair qanunvericilikdə ciddi səhvlər, beynəlxalq təcrübəyə zidd səhvlər var. Yaxşı haldır ki, Hesabat özü qeyd edir ki, onlar dövlər satınalmaları, dövlər proqramları, dövlət müqavilələri, dövlət sifarişləri icrası, ətraf mühitin mühafizəsi və digər xarici borclarla bağlı analoji sahələrdə tənzimləmə mövqeyi mövcud deyil. Yeni qanun yaradılan zaman Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanda “2020 Gələcəyə Baxış” konsepsiyasına əsaslanmaqı nəzərdə tutmuşdur.
Tahir Kərimli Azərbaycanın müstəqillikdən sonrakı inkişafını 4 dövrə bölmüşdür ki, bu da ciddi elmi-tarixi əhəmiyyətə malikdir. Milli Məclisdə ilk dəfə olaraq Tahir Kərimli belə bir təsnifat verib.
I mərhələ (1991-1995-ci illər): Bunlar Ermənistanla müharibə, torpaqların itirilməsi, hakimiyyətin tez-tez dəyişməsi, qeyri-sabitlik və sosialist təsərrüfat sisteminin dağılması, rus ordusunun çıxarılması;
II mərhələ (1995-2003-cü illər): Konstusiyanının qəbulu, “Əsrin Müqaviləsinin” və Atəşkəs müqaviləsinin bağlanması, qiyam qarşısının alınması, sabitlik, özəlləşdirmə həyata keçirilməsi mərhələsidir.
III mərhələ (2003-2013-cü illər): Ölkəyə güclü valyuta axınının gəlməsi, memarlıq və quruculuq işləri, xarici siyasətdə hücum siyasəti həyata keçirilməsi, iqtisadi-maliyyə bazasının təmini, güclü ordunun yaradılması;
IV mərhələ (2014-cü ildən başlayıb davam edir): Dünyada neft qiymətlərinin düşməsi fonunda böhranın qarşısının alınması, yeni sistemli islahatların başlanması, Qarabağ məsələsində beynəlxalq haqlılıqın təmini, Azərbaycanın suverenliyinin bərpası, torpaq bütövlüyünün təmini məsələsidir. Milli Məclisdə islahatlarla bağlı qanun yaradıcılığı haqqında bildirib ki, birinci konseptual, yol xəritəsi olmalıdır. Prezidentin də bu barədə strateji istiqamət götürmək haqqında göstərişləri var. İkinci islahatlar paralel aparılmalıdır. İqtisadi islahatlarla yanaşı, siyasi islahatlar aparılmalıdır. Üçüncüsü, davamlı, müntəzəm xarakteri daşımalıdır. Əhval-ruhiyyədən və yaxud neftin qiymətinin qalxıb-düşməsindən asılı olmayaraq mütləq həyata keçiriliməlidir. Dördüncüsü qanun Layihəsi yaradanlar Milli Məclislə təmas qurmalıdırlar ki, qanunlar tez-tez deyişməsin. Çünki Milli Məclisin öz şöbələri, Hüquqşünas, iqtisadçı, maliyyəçi və deputatlar var
Beşinci isə isə Milli İdeologiyaya söykənməlidir. Burda Tahir Kərimli özünün vəhdətçilik konsepsiyasından çıxış edib. Konsepsiya bundan ibarət olmalıdr ki, dövlətə münsibətdə milli, cəmiyyətə münasibətdə sosial, fərdə münasibətdə liberal dəyərlərin optimal nisbəti götürülməlidir. Dövlət mənafeyi olanda, qanunvericilik milli olmalıdır, cəmiyyətin sosial müdafiəsinə söykənməlidir, fərdi liberal hüquq müdafiəsinə söykənməlidir ki, bunlar arasında mübahisə olan zaman həlli biososioloji uyarlıq və bu optimal nisbətlə həyata keçrilə bilsin.
Tahir Kərimli ikinci çıxışında xüsusi ilə iki məsələni aktual olaraq qoyub. Bu Konstusiyanın 21-ci maddəsinin-dövlət dilinin tətbiqi ilə bağlıdır. Çıxışda qeyd edilib ki, vaxtı ilə inzibati hüquq pozmalar məcəlləsinə təklif etdim ki, dövlət dilinin tətbiqi qaydalarının pozulmasına görə məsuliyyət müəyyən olunsun. Təəssüf ki, bu həyata keçmədi. Bilirik ki, Prezident Milli Elmlər Akademiyasında öz çıxışı zamanı Azərbaycan dilinin yad ünsürlərdən qorunması məsələsini qoyub. Aprelin 14-də Gürcüstanın Prezidenti Borçalıya gədib. Ana dili günü keçirir, amma orda Gürcü dövlət dilinin qorunmasından bəhs olundu. Bizdə vəziyyət neəcdir? Bizdə Prezidentin sərəncamı ilə yaradılan monitorinq komitəsi 5 min xidmət sahələrini araşdırıb və məlum olub ki, 92 faiz dövlət dili tələbləri pozulub. Milli Azadlıq hərəkatında qazancımız o oldu ki, bəlkə Bakı milliləşə, milli şəhər ola əhalinin yerdəyişməsi ilə bağlı olaraq. Ancaq biz bunu görürük ki, az qala uşaq bağçasında rus dili danışırlar. Dövlət dili gözlənilmir. Sadəcə geyimlərinə baxsaq görərik ki, insanlar farsa, ərəbə, avropalılara oxşayır lakin özümüzə oxşamırıq. Hamı kiməsə özünü oxşadır. Milli özünü dərk, özünə qayıtma prosesi olmalıdır. Bundan ötrü ciddi şəkildə hərəkət etmək lazımdır. Bu yaxınlarda analitik yazıların birində verilib ki, Azərbaycanda elitar dil rus dilidir. Bundanda rus kanalları istifadə edir, göstərir ki, əgər burda milli elita rus dilidirsə Azərbaycanlıların hansı şüurundan, hansı özünün dərkindən, milli təəssüfkeşindən, milli üstünlüyündən danışmaq olar?
Vaxtı ilə Lelin Qafqaz işi ilə bağlı S.Orconikidzeyə göndərdiyi məktubunda yazırdı ki, bu velikorus olmayan qeyri ruslar: Stalin və Djerzinski özünü rus göstərməkdə lap şitini çıxartmışlar. İndi bizimkilərin də bir çoxu dövlət orqanlarında belə lap şitini çıxarmışlar və Azərbaycan dilinə hörmət göstərmirlər. Yadda saxlamaq lazımdır o adamlar ki, dövlət dilinə hörmət edir o zaman onlar üçün Təbriz, Kərkik, Borçalı, Dərbənd, İrəvan da vətəndir ancaq dövlətləri deyil. O insanlar ki, dövlət dilinə hörmət etmir, hətta Azərbaycanda yaşayırlar, Azərbaycan onlar üçün dövlət ola bilər, amma vətəni deyil. Çünki vətən anlayışı çox ciddi şəkildə dil, milli birliklə bağlı olan məsələlərdir. Bəzən qanunvericiliklə bağlı tədbirlər görməliyik ki, belə olmasın. Bir sözlə milləti özünə qaytarmaq, özünə oxşatmaq lazımdır. Dilimiz milli birliyə, kimliyə və ruhumuza bir açardır.
Tahir Kərimli digər məsələdə onu göstərib ki, aprelin 14-ü onun xidməti maşını yol polisi tərəfindən saxlanılıb. Polisə izah olunub ki, bu Parlamentdə rəsmi şəkildə Deputat olduquna görə, ayrılan vəsaitlə bağlanmış müqavilə əsasında icarəyə götürülmüş, Deputat səlahiyyətlərini icra etməsi üçün olan avtomaşındır. Ola bilər ki 67 manat cəriməsi var, amma yerində ödənilməsinə imkan verilməyib və başqa bir Parlament Partiyasının tədbirinə Tahir Kərimli gedə bilməyib. Bu Ali qanunvericilik üzvünə hörmətsizlikdir. Bu insanlar nə Konstusiyanın 90-cı maddəsinə, nə də “Deputat statusu haqqında” qanuna qiymət qoyurlar. Soruşula bilər ki, Deputat qaydanı pozsa, belə hallarda ona qarşı nə etmək olar? Onun üçün Milli Məclisə müraciət olunmalıdır, Milli Məclisin daxili Nizamnaməsi var ona, onun haqqında müəyyən intizam tədbirləri görülə bilər. Bu cür Dövlət Hakimiyyət orqanının nümayəndəsini aşaqılamaq yersizdir. Tahir Kərimli onu da qeyd edib ki, yeri gələrsə, bu tək özünə görədirsə istefa da verə bilər. Deputat öz hüququn müdafiə edə bilməyəcəksə, başqalarının hüquqlarını necə müdafiə edəcək? Yəni bu imtiyazla bağlı deyil, mütləq şəkildə Konisitusiya və qanunların tətbiqi ilə bağlıdır. Buna da göstəriş verən Bakı Baş Dövlət Polis İsarəsinin Rəis müavini Əlövsət Quliyev olub. Əlövsət Quliyevin göstərişihansı Konisitusiya, qanunundan üstün tutulur.
Tahir Kərimlinin bu çıxışına Fəzail Ağamalı və digər deputatlar da dəstək nümayiş etdirib.