Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

"Hakimiyyətdən rüşvət almağın bünövrəsini Əli Kərimli qoyub"

 

 

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun AXCP sədri Əli Kərimlinin hakimiyyətlə danışıqlar aparması haqda şok açıqlaması siyasi müstəvidə aktual mövzu olaraq qalır. 

Xeberinfo.com:   S.Novruzov deyib ki, 2000-ci ildə Əli Kərimli dəfələrlə Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmi şəxsləri ilə xaricdə görüşmək arzusunda olduğunu bizlərə bəyan edib: “Görüş yeri kimi Strasburq və ya London seçilmişdi. Mən şəxsən bu danışıqların iştirakçısıyam və danışıqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun yanındakı “Xankəndi” restoranı idi. Əli Kərimlinin bu əməllərinin şahidləri də var. Bu gün o insanların bir hissəsi Milli Məclisdə təmsil olunur. Cəmil Həsənli, o dövrdə AXCP-nin funksionerləri və hazırda deputat olanlardan da bilavasitə bu danışıqlarda iştirak edənlər var. Əli Kərimli şəxsi mənafeyi naminə ömrü boyu öz dostlarını, yoldaşlarını satmaqla məşğul olub”.

Vaxtilə Əli Kərimlinin müavini olan, hazırda özünə yeni AXCP təsis edən Razi Nurullayev azvision.az-a açıqlamasında S.Novruzovun dediklərini təsdiqləyib. Onun sözlərinə görə, Əli Kərimlinin hakimiyyət təmsilçiləri ilə görüşünü əks etdirən videogörüntülər mövcuddur.

“Əli Kərimli hakimiyyətlə işbirliyinə getmək istəyirdi. İqtidarla işbirliyinə getməyin, hakimiyyətdən rüşvət almağın, müxalifət arasında dağınıqlıq yaratmağın, onu parçalamağın bünövrəsini Əli Kərimli qoyub və bunu öz istəyi ilə edib.

Əli Kərimlinin hakimiyyətlə apardığı gizli görüşmələrin videosu var. Çox yüksək səviyyələrdə Əli Kərimli ilə iqtidar nümayəndələri arasında gecə görüşləri keçirilib. Hakimiyyət Əli Kərimlinin keçirdiyi görüşlərin videogörüntülərini saxlayır. Bu görüntülər ona görə yayımlanmır ki, orada Əli Kərimli ilə yanaşı hakimiyyət içərisində təmsil olunan bir çox insanın siması görünür. Hakimiyyət isə hələlik həmin insanları aşkara çıxarmaq istəmir. Əli Kərimlini qoruyan faktor budur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam