Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Müsavatı satqın partiya kimi qələmə vermək, ədalətsizlikdir"

“Əgər Müsavat Partiyası iqtidara satılıbsa, Əli Kərimli, sən kimsən?” 

 

Xeberinfo.com:   Məlumata görə, bu barədə azvision.az-a Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli AXCP sədri Əli Kərimlinin müxalifəti satqın adlandırmasına münasibət bildirərkən deyib.

M. Hacıbəylinin sözlərinə görə, Ə.Kərimli özünü müxalifətin lideri kimi aparmaq istəyir: “Əli Kərimlinin müxalifət arasında ayrıseçkilik salan bir müsahibə verməsi böyük yanlışlıqdır. Bu, təkcə Müsavata qarşı zərbə deyil, ümumilikdə müxalifətin maraqlarına ziddir. Hesab edirəm ki, bu fikirlərin irəli sürülməsi nə müxalifətin, nə də Əli Kərimlinin maraqlarına uyğundur. Partiya sədri bölücülüklə məşğul olmamalıdır.

Əli Kərimlinin ifadələrindən belə çıxır ki, Azərbaycanda müxalifətin heç bir perspektivi yoxdur. Bu gün Əli Kərimli 500-600 nəfərlik kiçik bir kəsimə “liderlik” edir. Bu, o demək deyil ki, o müxalifət adına təkbaşına iddialı olmalıdır. Onun dediyi kimi müxalifət iqtidara yaxındırsa, və “satqın”dırsa, o halda belə çıxır ki, Əli Kərimlinin özünün müxalifətçiliyinin perspektivi yoxdur”,- deyə M.Hacıbəyli vurğulayıb. 

M. Hacıbəyli xatırladıb ki, Əli Kərimli hazırkı iqtidar dövründə 10 il deputat maaşı alıb: “Hətta onun biznes fəaliyyəti də olub. Amma, Müsavat Partiyası həmişə prinsipial müxalifət mövqeyini seçib. Müsavatı satqın partiya kimi qələmə vermək, ədalətsizlikdir. Belə bir vəziyyətdə satqın arayışına çıxmaq isə Əli Kərimliyə yaraşmır. Bu mövqeyinə görə, onu kəskin şəkildə qınayıram”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam