Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

İsrail XİN başçısının 56 ildən sonra İLK SƏFƏRİ

 İsrailin xarici işlər naziri Eli Kohen yüksək səviyyəli nümayəndə heyəti ilə birlikdə Filippinə rəsmi səfərə gedib. 

Yenixeber.org:  O, həmkarı Luis Enrike Manelo və Filippin prezidenti Ferdinand Markos ilə görüşüb. 

Nazir ölkə rəhbərliyi ilə görüşdə aqrar sektor, su təsərrüfatı və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib. 

Kohen qeyd edib ki, Qüds və Manila arasında ticarət 2022-ci ildə yarım milyard dollara çatıb ki, bu da 1 illə müqayisədə 70% çoxdur. Bundan əlavə, iki ölkənin İsrail və Filippin arasında birbaşa uçuşlar barədə birgə qərar verəcəyi gözlənilir. 

Nazir keçən il İsrail və Filippin arasında ticarətin pik həddə çatdığını, İsrailin ticarətinin 70%, ixracının isə 94% artdığını vurğulayıb: “Ölkələrimiz arasında ticarət potensialı daha da böyükdür və biz İsrailin Maniladakı səfirliyi və Filippin hökuməti ilə birlikdə 5 il ərzində qarşılıqlı ticarətimizi ikiqat artırmaq üçün işləyirik”. 

Birbaşa aviareyslərlə bağlı qərara gəlincə, İsrail XİN rəhbəri qeyd edib ki, bu, turizm və ticarətin inkişafına və iki ölkə arasında isti münasibətlərin möhkəmlənməsinə töhfə verəcək. 

O əlavə edib ki, İsrail aviaşirkətlərinə Səudiyyə Ərəbistanı və Oman üzərində uçuşlara icazə verildiyi üçün İsrail və Şərqi Asiya arasında uçuş müddəti orta hesabla 3 saat azalıb.

 

Qeyd edək ki, bu, İsrailin sabiq xarici işlər naziri Abba Evenin 1967-ci ildəki səfərindən sonra bu postu tutan şəxsin Filippinə ilk səfəridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam