Redaktor seçimi
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Günün xəbəri

“BÖYÜK BRİTANİYANI XƏRİTƏDƏN SİLƏRİK” –Putinin təbliğat maşını yenə sərsəmlədi + VIDEO

Yenixeber.org: Bunu Rusiya Müdafiə Nazirliyinin keçmiş şöbə rəisi, ehtiyatda olan general-leytenant Yevgeni Bujinski “Rossiya-1” kanalında çıxış edərkən deyib.

Ehtiyatda olan rus general Britaniyanı xəritədən silmək üçün sualtı nüvə raketindən istifadə etməyi təklif edib.

Bujinski həmçinin Böyük Britaniyanı Rusiyanın ən böyük nüvə raketi olan “Sarmat 2” ilə hədələyib və bu hücum nəticəsində Birtaniyanın məhv ediləcəyini iddia edib.

Putinin təbliğat maşınının əsas elementlərindən hesab olunan Vladimir Solovyov isə gülümsəyərək, “Mən “Poseydon”un necə işlədiyini və “Sarmat”ın hərəkətdə olmasını görmək istərdim”,- deyə cavab verib.

Bujinski iddia edib ki, “Poseydon”dan istifadə edilərsə, təxminən 300 metr hündürlüyündə sunami dalğaları yaranacaq.

Solovyov araya girərək, “O zaman Böyük Britaniya olmayacaq”,-deyə bildirib.

Bujinski onun bu fikri ilə razılaşıb və bildirib ki, “Britaniya mütləq olmayacaq”.

Putinin daha bir təbliğatçısı Marqarita Simonyan isə əlavə edib ki, “Böyük Britaniya orada olmayacaq, o, dərhal boğulacaq”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam