Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

İran yenə Rusiyanın “qulluğundadır”.. -Dron təlimatçılarını Luqanska göndərib

Yenixeber.org: Bu barədə Ukrayna Ordusu Baş Qərargahı rəsmi məlumat yayıb.

Məlumatda deyilir ki, İran istehsalı olan hərbi dronların təlimatçıları rus hərbçilərinə həmin dronların vasitəsilə Ukrayna şəhərlərini, infrastruktur obyektlərini və s. bombalamaq üçün təlim keçəcəklər.

Xatırladaq ki, ötən il İranın hərbi dron təlimçiləri rusiyalılara Krım ərazisində təlim keçirdilər. Lakin Ukraynanın dəqiq zərbələri nəticəsində onların bir qrupu məhv edilmişdi. Belə görünür ki, bu dəfə İran hərbçiləri öz bəxtlərini Luqanskda sınamaq qərarına gəliblər.

Məlumat üçün bildirək ki, İran öz dronlarını Rusiyaya ilk dəfə ötən ilin yayında göndərmişdi. Sentyabr ayından etibarən Rusiya ukraynalıların “moped” adlandırdıqları bu dronları döyüş bölgəsində, daha sonra isə dinc şəhərlərə qarşı istifadə etməyə başlamışdı.

Ukrayna mətbuatı yazır ki, bir müddət əvvəl İran Rusiyaya özünün ən yeni dronlarını verib ki, onlar da əvvəlkilərlə müqayisədə daha təhlükəlidirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam