Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“İTKİLƏRİMİZ BÖYÜKDÜR...” -“Səfərbərlik vəziyyəti daha da ağırlaşdıracaq”

Yenixeber.org: Bunu Donbasdakı separatçı hərəkatın banilərindən biri, sabiq FTX polkovniki İqor Strelkov (Qirkin) Vladimir Putinin atacağı gözlənilən növbəti addımları şərh edərkən söyləyib.

Rusiya internet kanallarından birinə müsahibə verən Qirkin deyib ki, Rusiya indiki halı ilə Ukrayna üzərində qələbə çala bilməz: “İndiki rəhbərliyi, kadr heyəti və halı ilə Rusiya qalib gələ bilməyəcək. Heç bir tədbir görmədən, yanğını stəkanla söndürməklə qalib gəlmək olmayacaq. Rusiya yalnız hərbi əməliyyatları qeyri-müəyyən dövrə qədər uzada bilər”.

Strelkov əlavə edib ki, Rusiya məğlub olduqca, hər hansı növbəti “Minsk razılaşması”na ümid etmək yersizdir: “Biz bu müharibəni uduzduqca növbəti Minsk razılaşmasının əldə olunacağına inanmıram. Biz isə indi uduzuruq. Bu barədə açıq danışmaq lazımdır...”

Qeyd edək ki, fevralın 21-də Vladimir Putinin Federal Məclisə illik müraciəti gözlənilir. Bir çox şərhçilər həmin gün Putinin hərbi səfərbərliyin növbəti dalğasını, eləcə də iqtisadi səfərbərlik və ölkədə hərbi vəziyyət elan edəcəyini proqnozlaşdırırlar. Lakin onun bu cür riskli görünən addımlara getməyəcəyini düşünənlər də az deyil. “Azpolitika”    


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam