Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Şimali Koreya Rusiyaya mərmi satmaqda maraqlıdır -Bu onun üçün "xilas" ola bilər

 


Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) Rusiya ilə silah satışı məsələsində əməkdaşlıqda maraqlıdır.

“Yenixeber.org” obozrevatel.com-a istinadən məlumat verir ki,  hətta nisbətən “təvazökar” silah müqaviləsi Şimali Koreyanın pul sıxıntısını və durğun iqtisadiyyatını gücləndirməyə kömək edəcək.

ABŞ bu yaxınlarda Şimali Koreya diktatoru Kim Çen İnın Rusiya Federasiyasına müharibədə kömək etmək üçün silah və sursat, o cümlədən mərmi və raketlər göndərməsi ilə bağlı yeni iddialar irəli sürdü.

ABŞ prezidenti Co Baydenin administrasiyası bildirib ki, KXDR-dən alınan silahlar döyüş meydanındakı vəziyyəti o qədər də dəyişməyəcək, ancaq təcrid olunmuş ölkə üçün yeni gəlir axını açacaq. Eyni zamanda Şimali Koreyanın özü də ABŞ-ın Rusiyaya silah tədarük etməkdə ittihamlarını rədd edir.

Seuldakı Koreya Bankının məlumatına görə, Şimali Koreya iqtisadiyyatı 2021-ci ildə inkişaf edə bilmədi və keçən il qeyri-müəyyən perspektivlərlə üzləşdi. Buna görə də Kim Çen İn Rusiya Federasiyasında silah satışına qoşulmağa cəhd edə bilər.

"Kimin çoxlu silahları, xüsusən də Ukrayna cəbhələrində bir növ intibah dövrünü yaşayan XX əsr artilleriyasıdır. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesablamalarına görə, Şimali Koreyanın 21,600 artilleriyadan çox olduğu təxmin edilməyən sursat ehtiyatı var.

 

Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam