Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Azərbaycan Ermənistana NÜFUZ EDƏ BİLƏCƏKMİ... -İNCƏLƏMƏ...

 

Yanvarın 26-da Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının iclasında Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının layihəsinə baxılıb. Sənəd layihəsi səsə qoyularaq təsdiq edilib.
Yenixeber.org: Konsepsiya azərbaycanlıların tarixi torpaqlara geri dönüşü üçün ümumi yanaşmanın çərçivələrini müəyyən edir.
Böyük köç prosesinin beynəlxalq hüquqi əsaslara söykənməsi və təhlükəsizlik zəmanətlərinə dair öhdəliklərin verilməsi bir sıra prosedurlardan keçməlidir.
Bundan əvvəl isə hələ bəzi normalar işlənilməlidir.
Buraya daxildir:
- Qərbi Azərbaycandan olan soydaşlarımızın müəyyən edilməsi və onların siyahıya alınması;
- BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə böyük köçə dair planın detallı işlənilməsi;
- Azərbaycanla Ermənistan arasında qayıdışın təfərrüatının hazırlanması.
Yuxarıdakı iki istiqamət üzrə sənədlərin hazırlanması texniki cəhətdən gərgin əmək tələb etsə də, burada çoxlu maneələrin yarandığını demək olmaz.
Ancaq Azərbaycanla Ermənistan hökumətlərinin birgə işləməsi məsələsində düyünlər çox tapılacaq, çünki İrəvan Bakının tələblərinə adekvat cavablar vermir.
Azərbaycan Qayıdış Konsepsiyası üçün mümkündür ki, iki ssenari ortaya qoyur.
Birincisi, azərbaycanlıların dinc şəraitdə, hüquq normaları və ümumi təhlükəsizlik prinsipləri altında qayıdışıdır.
İkincisi, buna qarşı cəbhələr aktivləşərsə və Ermənistan həmin cəbhələrdən “silah-sursat” qoparmağa çalışarsa, Azərbaycan qayıdışın çərçivələrini sərhədlərin delimitasiyası kontekstinə salacaq.
Ancaq hər iki ssenari Zəngəzur dəhlizinin elementləri kimi aktualdır, Ermənistan isə Bakının diktəedici gündəliyi ilə razılaşmır. Buna görə də proqnoz etmək üçün əsaslar var ki, hər iki ssenari biri digərindən ayrı şəkildə inkişaf etməyəcək.
Azərbaycanın Ermənistan üzərindəki iddialı gündəliyini bərqərar etmək inadkarlığı nəticə olaraq azərbaycanlı icmasının tarixi torpaqlarındakı yaşayışına gətirib çıxaracaq.
Ermənistanda azərbaycanlı icmasının olması monoetnik amillə siyasət formalaşdıran İrəvanın niyyətlərini neytrallaşdırmaq baxımından da önəmlidir.
Qısası, Azərbaycan öz prinsipləri ilə Ermənistanda monoetnik mənzərəyə də son qoymaqda israrlıdır. Beynəlxalq ictimaiyyət birgəyaşayış, tolerantlıq və millətlərin dinc şəraitdə firavan yaşaması tezislərinə söykənərək bu prosesə dəstək göstərməlidir.
DİA.AZ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam