Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

MƏQSƏD SƏFİRİ VƏ ƏMƏKDAŞLARI ÖLDÜRMƏK İDİ! –İranın Azərbaycana qarşı terror siyasətinin pərdəarxası

Yenixeber.org:  Videolardan görünür ki, terrorçu İran rəsmilərinin iddia etdiyi kimi səfirlyə iki uşaqla gəlməyib. Gəldiyi maşını səfirliyin avtomobilinə çırpır və avtomat silahı atəşə hazır vəziyyətə gətirərək maşından düşür və binaya soxulur. Bu zaman səfirliyin girişində mühafizəni təşkil edən İran hüquq-mühafizə orqanının əməkdaşı onu sakitcə müşahidə edir və öz görəvini yerinə yetirmir. Belə təəssürat yaranır ki, həmin polis əməkdaşı silahlı hücum haqqında əvvəldən məlumatlı olub.

Terrorçunun binaya daxil olan kimi mühafizəçiləri atəşə tutması onun qətliam törətmək niyyətindən xəbər verir. O, daha çox adamı öldürmək tapşırığı almış terrorçu kimi hərəkət edir. Əgər mühafizəçi onu dayandıra bilməsəydi, çox güman Azərbaycan səfirini, onun müavinlərini, başqa diplomatları də qətlə yetirəcəkdi.

Hadisəyə rəsmi Tehrandan verilən operativ açıqlamalarda olayın ailə-məişət səviyyəsində baş vermiş kriminal kimi təqdim edilməsi isə terror hadisəsinin miqyasının kiçildilməsinə və məqsədinin təhrif edilməsinə xidmət edir. İran rəsmiləri kifayət qədər soyuqqanlı davranır, XİN-nin hadisəni pisləməsi ilə kifayətlənmək istəyir. Normal halda dərhal rəsmi qaydada Azərbaycandan üzr istənməli, cinayətin birgə araşdırılması ilə bağlı Bakıya müraciət edilməli, eləcə də dünya ictimaiyyətinə bəyanat ünvanlanmalı idi. İran rəhbərliyi hələ ki, bu addımların heç birini atmayıb, ilkin reaksiyalar göstərir ki, atmaq niyyətində də deyil. Azərbaycan XİN-in Tehrandakı əməkdaşlarının təxliyyəsini həyata keçirməsi barədə qərar qəbul etməsi də bununla bağlıdır. Bakıda İran hakimiyyətinin səmimiyyətinə, dürüst araşdırma aparacağına heç bir ümid qalmayıb. Ona görə də diplomatik korpusun heyətinin həyatı təhlükə altına düşə bilər. İranın belə “təcrübəsini” dünya unutmayıb - 1979-cu il inqilabı zamanı ABŞ səfirliyinin bütün heyəti 440 gün Tehranda əsirlikdə saxlanılmışdı...


Azərbaycan səfirliyinin terror hücumuna məruz qalması Bakı-Tehran münasibətlərinin ən gərgin dövrünə təsadüf edir. Bir neçə aydır İran rəhbərliyi Azərbaycana qarşı müxtəlif səviyyələrdə hücumlar təşkil edir. Molla rejiminin Bakıdan reallığa uyğunlaşmayan, ölkənin suveren hüuqularına həqarət sayılacaq bir neçə tələbi var:

- Azərbyacan İsraildə səfirlik aça bilməz. Hərçənd, bu addım atıldı və Təl-Əvivdəki səfirimiz artıq təyin olunub. Müasir tarixdə bir ölkənin başqa dövlətlərlə suveren əlaqələrini özünə təhdid hesab edən iki ölkə var - biri İranın dostu Rusiyadır, hazırda Ukraynaya qarşı işğalçı müharibə aparır, ikincisi İrandır, Azərbaycana qarşı faktiki müharibə elan edib;

- Azərbaycan Naxçıvanla əlaqəni təmin edəcək Zəngəzur dəhlizini aça bilməz, Tehran bunu özünün “qırmızı xətti” elan edib. Bu dəhliz İran ərazisindən keçmir və 10 noyabr bəyanatına əsasən Ermənistan öz ərazisindən bu yolun açılmasını təmin etməlidir. İranın kürkünə niyə birə düşüb, aydın məsələdir. Çünki bu yol Türk dünyasını birləşdirən yoldur. Cənubi Azərbaycanın müstəqillik yoludur...

- İran hesab edir ki, Azərbaycanda müsəlmanların hüquqları, şəriət qaydaları pozulur(?). Bu, tamamilə absurd, heç bir əndazəyə sığmayan ittihamdır. Azərbaycan əhalisinin mütləq əksəriyyəti İslam dininə mənsubdur və ölkədə nəinki İslam dini, bütün dinlərə və onların nümayəndələrinə hörmət, ehtiram göstərilir, bütün hüquqları dövlət tərəfindən qorunur. Bəli, Azərbaycanda özünü İslam dininin müdafiəçisi adlandıran, əslində İran xüsusi xidmət orqanlarına xidmət edən şəxslər məsuliyyətə cəlb edilir və bu, dövlətin milli təhlükəsizlik məsələsidir.

- İranın dövlət siyasəti ümumiyyətlə Azərbaycan Respublikasının məhvinə istiqamətlənib. Bir tərəfdən ideoloji, dini ekspaniya həyata keçirilir, ölkəyə soxulan emissarları vasitəsi ilə gənc nəsil “zəhərlənir”, zombiləşdirlərək İranın dəstəkçi kütləsinə çevrilir, digər tərəfdən, xüsusi xidmət orqanları vasitəsi ilə Azərbaycana qarşı böyük narkotik axınları təşkil edilir. Bu da ölkənin genefondunun məhvinə istiqamətlənmiş məqsədyönlü xain siyasətin tərkib hissəsidir.

İranın başqa məkrli, anti-Azərbaycan addımlarını sadalmaqla bitməz...

44 günlük müharibədən sonra Azərbaycanın regionda güclənməsi, dünyada nüfuzunun artması, güc mərkəzləri ilə tarazlı xarici siyasət yürütməsi, habelə Türkiyənin, İsrailin bölgədə təsir imkanlarının genişlənməsi Tehranın yuxusuna haram qatıb. Onlar nəyin bahasına olursa-olsun Azərbaycanı bu yüksəliş yolundan sapdırmağa çalışırlar. Əvvəl Londonda, bu gün isə Tehrandakı səfirliyimizə edilən barbar hücumlar bu çirkin niyyətin ifadəsidir. Amma dünyada nifrət mənbəyinə çevrilmiş, sərhədlərindəki dövlətlərlə düşmənçilik siyasəti aparan molla rejiminin bu çabaları iflasa məhkumdur. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam