Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

İran Rusiyadan 24 ədəd “Su-35” qırıcısı alıb –“Texniki cəhətdən etibarsızdır...”

Yenixeber.org: Xatırladaq ki, Tehran işğalçı ölkəyə çoxsaylı zərbə dronları verib. Rusiya ordusu bu dronlar vasitəsi ilə Ukraynanın həyati vacib infrastrukturlarına ciddi ziyan vurub.

İran isə bu yardımın qarşılığında Rusiyadan hərbi təyyarələr alıb. Tehran rəsmiləri bu günlərdə 24 ədəd 4+ nəsil çoxfunksiyalı “Su-35” qırıcılarının alınmasını təsdiqləyiblər.

Hərbi analitik Aqil Rüstəmzadə bildirir ki, Ukraynada döyüş təcrübəsi sözügedən qırıcıların 80 km-ə qədər məsafədə 4-cü nəsil təyyarələrə qarşı effektiv olduğunu göstərib. Onun sözlərinə görə, “Su-35”-lər hava hücumundan müdafiə qurğularına qarşı da zəif qorunur: “Ukrayna HHM-ləri 10-dan çox belə təyyarəni vura bilib. Bundan başqa, qırıcılar yer hədəflərinə yüksək dəqiqlikli zərbələr endirmək üçün zəif imkanlara malikdir. Texniki cəhətdən də etibarsızdır. Məsələn, Çinə satılmış 24 qırıcıdan cəmi 9-10-u döyüş qabiliyyətinə malikdir. Misirdəki sınaqlar zamanı hava döyüşlərinin çoxunu fransız “Rafael” qırıcısına uduzdu”.

Ekspert vurğulayır ki, bu qırıcıların İrana çatdırılması Cənubi Qafqaz regionunda və Yaxın Şərqin bəzi bölgələrində hərbi qüvvələrin havada üstünlük balansını dəyişəcək. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam