“Tramp Şimali Koreyaya qarşı nüvə silahı tətbiqini təklif edib” –“Məsuliyyəti başqa dövlətin üzərinə yıxmaq istəyirdi”
Yenixeber.org: Bu barədə «Donald Tramp Birləşmiş Ştatlara qarşı: Prezidenti dayandırmaq məqsədilə mübarizə» adlı kitabında TNT nəşrinin jurnalisti Maykl Şmidt yazır. Xəbəri «NBC Nyus» yayıb («UNİAN»).
Tramp öz bəyanatını ABŞ və Şimali Koreya lideri Kim Çen In arasında gərginliyin artması fonunda səsləndirib, bu, Ağ Ev aparatının o vaxtkı başçısı Con Kellinin narahatlığına səbəb olub.
Tramp xəbərdarlıq edib ki, Şimali Koreya «od, qəzəb və açıq danışsaq, elə güclə qarşılaşacaq ki, bunu dünya hələ görməyib» - əgər Birləşmiş Ştatları hədələməkdə davam edərsə.
Xüsusilə, o zaman Tramp BMT Baş Məclisinin sessiyasında (sentyabr, 2017) çıxış edib və «Şimali Koreyanı tamamilə məhv etməklə» hədələyib - əgər Kim Çen In özünün hərbi təhdidlərini davam edərsə. Elə həmin aydan sonra Tramp Şimali Koreyanı öz tvitləri ilə qınamaqda davam edib. Amma Kellini daha çox o, narahat edib ki, Ağ Evin başçısı bu söhbətləri «dar çərçivə»də aparıb, kitabda deyilir.
«Kellini tvitlərdən daha çox o, qorxudub ki, Oval kabinetdə bağlı qapılar arxasında Tramp elə danışmaqda davam edib ki, sanki o, müharibəyə başlamaq istəyib. O, Şimali Koreyaya qarşı nüvə silahı istifadə etmək ideyasını müzakirə edib və elə danışıb ki, əgər o, bu fəaliyyətə başlasa, administrasiya bu məsələdə hansısa başqasını günahlandırar ki, öz üzərindən məsuliyyəti götürsün» - Şmidt öz kitabında yazır.
Kelli Trampa izah etməyə çalışıb ki, bu, nə üçün işləməyəcək, Şmidt davam edir. «Bizi barmaqla göstərməmək çətin olardı» - o zaman Kelli Prezidentə deyib.
Aparat rəhbəri həm də ali hərbi rəhbərliyi Ağ Evə gətirib, Trampı bu barədə məlumatlandırsın ki, ABŞ və KXDR arasında müharibə necə asanlıqla başlaya bilər. Həm də belə münaqişənin nəhəng nəticələri barədə. Amma nə qədər insanın ölə biləcəyi barədə arqument «Trampa təsir etməyib», müəllif yazır.
Kelli həm də izah etməyə çalışıb ki, bu müharibə iqtisadi nəticələrə səbəb olacaq, amma arqument Trampa yalnız qısa müddətə təsir göstərib.
Müəllifin sözlərinə görə, bundan sonra Tramp yenidən «müharibə imkanına qayıdıb, bir dəfə Kelliyə Şimali Koreyaya preventiv zərbə endrilməsi barədə xəbər verib». Öz növbəsində, o zamankı aparat rəhbəri Prezidenti xəbərdar edib ki, preventiv zərbə üçün ona Konqresin razılığı lazım gələcək, bu da Trampı bədbinləşdirib və hirsləndirib. Azpolitika