Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Türkiyənin rəsmi şəxsləri İsveçə NATO ilə bağlı xəbərdarlıq edib

 

“İsveçin NATO-ya daxil olması prosesi Türkiyənin terrorçu kimi tanıdığı təşkilatlara dəstək verdiyi müddətcə irəli gedə bilməyəcək”.

Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın tviterdə yazıb.

“Biz yenə açıq deyirik: terror təşkilatlarının fəaliyyətinə son qoyulmayana qədər ölkənin NATO-ya qəbulu prosesini irəli aparmaq mümkün deyil. Biz Stokholmda prezidentimizə qarşı törədilən bu mənfur hərəkətləri qəti şəkildə pisləyirik. Biz reaksiyamızı və gözləntilərimizi İsveç rəsmilərinə çatdırdıq. Belə hərəkətlərə qarşı konkret tədbirlərin görülməsi qanunun tələbidir və bizim üzərimizə düşən öhdəlikdir”, - Ərdoğanın sözçüsü əlavə edib.

Onun şərhi PKK terrorçularına dəstək məqsədilə Stokholmda keçirilən mitinqlə bağlıdır.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun da, öz növbəsində, İsveçdən terror təşkilatlarına qarşı dərhal bütün lazımi tədbirləri görməyi tələb edib.

Fəxrəddin Altun
Fəxrəddin Altun

“İsveç Türkiyənin 70 ildir üzvü olduğu NATO-ya daxil olmaq üçün Madriddə verdiyi vədlərə əməl etməlidir. Türkiyənin bu məsələdə hansısa güzəştə getməsini gözləmək əbəsdir”.

Bu arada İsveçin Ankaradakı səfiri Staffan Herrstrem yanvarın 11-də Stokholmda PKK terrorçularına dəstək aksiyası ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə NTV telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.

“İsveçin üzərinə götürdüyü öhdəlikləri açıq şəkildə pozan və Türkiyə üçün açıq təhdid olan bu kimi terror təşkilatların qarşısının alınması üçün sərt tələblər səsləndirilib” - deyə, mənbə vurğulayıb. Səfirə bildirilib ki, Ankara bu aksiyanı təşkil edənlərin tapılaraq məsuliyyətə cəlb olunmasını gözləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam