Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

TDT-nin növbəti sammiti Qazaxıstanda keçiriləcək

TDT-nin növbəti sammiti Qazaxıstanda keçiriləcək

Türk Dövlətləri Təşkilatının (TDT) onuncu Zirvə görüşünün 2023-cü ildə Qazaxıstanda keçirilməsi planlaşdırılır.

Yenixeber.org: Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətinin ölkə lideri Kasım-Jomart Tokayevin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşünün nəticələrinə dair yaydığı məlumatda deyilir.

 “Dövlət başçısı qeyd edib ki, təşkilatın katibliyi qarşısında bu ilin oktyabrında Səmərqənddə keçirilən sammitdə qəbul edilən prioritetləri və təşəbbüsləri səmərəli reallaşdırmaq vəzifəsi dayanır”, - deyə məlumatda bildirilir.

 Qazaxıstan Prezidenti, həmçinin Kubanıçbek Ömüralıyevi TDT-nin baş katibi postuna təyin olunması münasibətilə təbrik edib.

 “Kasım-Jomart Tokayev bildirib ki, təşkilatın təsisçilərindən biri olan Qazaxıstanın türk dövlətləri ilə çoxtərəfli əməkdaşlığın inkişafında maraqlıdır və katibliyin işinə maksimum dəstək verəcək. O, vurğulayıb ki, türk xalqlarının əməkdaşlığının və birliyinin möhkəmləndirilməsi üçün unikal platforma olan təşkilatın rolu və əhəmiyyəti hazırda xeyli artıb. Bir çox dövlətlər və beynəlxalq təşkilatlar TDT ilə ticarət-iqtisadi və mədəni-humanitar əlaqələri genişləndirmək niyyətini ifadə edib”, - deyə mətbuat xidməti əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam