Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Tokayevdən radikal seçim:qanlı “qazax qışı” yaxınlaşır

            “Dinləyən dövlət”, yoxsa imitasiya ilə başı aldadılan cəmiyyət?

Yenixeber.org: Payızda Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu barədə kampaniyada iştirak edəcək hazırkı dövlət başçısı Qasım-Jomart Tokayev məlumat verib. Bu halda qalib ikinci müddətə namizəd olmaq hüququ olmadan yeddi il respublikaya rəhbərlik edəcək.

Tokayevin çıxışı əhali üçün çox gözlənilməz olub. Prezidentin səlahiyyətləri yalnız iki ildən sonra başa çatır və ondan əvvəl yeni seçki prosesinin eyhamları yox idi.

“Mənim üçün dövlətin maraqları hər şeydən üstündür. Ona görə də müddəti qısaldıb növbədənkənar seçkilərə getməyə hazıram”, - deyə Qazaxıstan rəhbəri parlamentdəçı çıxışında bildirib.

Amma ən əsası başqadır: səlahiyyət müddəti 5 ildən 7 ilədək artırılacaq və eyni zamanda təkrar seçilməyə qadağa qoyulacaq.

Bununla Qazaxıstan postsovet məkanında bir müddətə məhdudiyyət tətbiq edən ilk ölkə olacaq.

“Yeddi il istənilən iddialı proqramın həyata keçirilməsi üçün kifayət qədər müddətdir. Digər tərəfdən, Prezident mandatının bir müddətlə məhdudlaşdırılması dövlət başçısının milli inkişafın strateji vəzifələrinin həllinə maksimum diqqətini təmin edəcək. Həyat dayanmır, qlobal proseslərin dinamikası və ölkə daxilində sosial inkişaf hər gün sürətlənir”, - deyə Tokayev vurğulayıb.

Bundan əlavə, gələn ilin birinci yarısında Qazaxıstanda yeni hökumət formalaşacaq.

Xatırladaq ki, ötən ilin yanvarında Qazaxıstanda “Qanlı Yanvar” kimi tarixə düşən kütləvi etiraz aksiyaları keçirilib. Və bu gün çoxları düşünür ki, Qazaxıstan liderini növbədənkənar seçkilər keçirməyə məhz bu hadisələr vadar edib. Tokayev dövlət başçısı kimi özünün legitimliyini bir daha təsdiqlətmək istəyir.

Deməli, Tokayev namizədliyini irəli sürəcək və onun Qazaxıstanda reytinqi indi elədir ki, böyük ehtimalla, bu seçkilərdə qalib gələcək. Maraqlıdır, bunun məqsədi nədir? Tokayevin növbəti 7 il üçün planları nədir? Tez-tez belə fikirlər səslənir ki, bu şəxs Qazaxıstanın siyasi sistemində müəyyən dəyişikliklər, bəzi islahatlar planlaşdırır.

          Mövzunu regionun tanınmış ekspertləri ilə müzakirə etmişik.

Qazaxıstanlı siyasi analitik Kazbek Beysebayev:

“İlk növbədə qeyd etmək lazımdır ki, Qazaxıstanda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Birincisi bu ilin payızında, ikincisi isə gələn ilin birinci yarısında keçiriləcək.

Parlament seçkiləri ilə vəziyyəti başa düşmək və izah etmək olar. Parlament seçkilərimiz bu yaxınlarda - 2021-ci ilin yanvarında keçirildi, o zaman ilk Prezident Nazarbayev hakimiyyətin cilovunu əlində tuturdu. Xatırladım ki, o, həmin vaxt Təhlükəsizlik Şurasının sədri və hakim “Nur Otan” partiyasının lideri olub. Yəni bugünkü parlamentdə Nazarbayevin adamları oturub.

Ona görə də elan edilən islahatları həyata keçirmək üçün Prezident Tokayevin tərəfdarlarının olacağı, lazımi qanunları qəbul edəcəyi yeni parlamentə ehtiyacı var. Ekspert cameəsi uzun müddətdir ki, parlamentin yenilənməsi zərurətindən danışır, yəni növbədənkənar parlament seçkiləri gözlənilirdi.

Ancaq növbədənkənar prezident seçkiləri ilə bağlı suallar çoxdur. Tokayev növbədənkənar prezident seçkilərinin elan edilməsini islahatlar üçün etimad mandatının əldə edilməsinin zəruriliyi ilə izah edib. Amma fakt odur ki, o, bu etimad mandatını yayın əvvəlində Konstitusiya ilə bağlı referendum keçirildikdən sonra artıq alıb. Daha sonra referendumun nəticələrinə əsasən, Əsas Qanundan birinci Prezidentin adı çıxarılıb və Qazaxıstanda mövcud olan super-prezident idarəetmə forması saxlanılıb, yəni bütün prezident səlahiyyətləri Tokayevdə saxlanılıb.

Bu barədə referendumdan sonra hakimiyyət nümayəndələrinin özləri, politoloqlar, ekspertlər danışıblar. Beləliklə, Tokayevin növbədənkənar prezident seçkilərində iştirakına ehtiyac yox idi.

Bəzi ekspertlər hesab edirlər ki, hakimiyyət ölkədəki sosial-iqtisadi vəziyyətin pisləşməsini nəzərə alıb və risklərdən yayınmaq üçün fəal olmağa qərar verib. Onlar da hesab edirlər ki, prezident seçkilərinə il yarım qalmış xalqın narazılığı pik həddə çata bilər və bu səbəbdən seçkiləri daha tez keçirib, onların yeni müddətə hakimiyyətdə olmasını təmin etmək daha yaxşıdır. Bu amil 7 illik yeni müddətin tətbiqini izah edə bilər. Bundan əlavə, müxalifətin qısa müddətdə bu seçkilərə vahid namizəd irəli sürməsi çox çətin olacaq.

Digər tərəfdən, Tokayev növbədənkənar seçkilər elan etməklə böyük riskə gedir. Son prezident seçkilərində müxalifətin namizədi yaxşı səs toplayıb və bəzi məlumatlara görə, ikinci tur keçirilə bilərdi. Sonra hamı üçün gözlənilmədən, hətta səslər hesablanmamış bu namizəd öz məğlubiyyətini etiraf etdi. Bir daha xatırladıram ki, o zaman hər şey Nazarbayevin nəzarətində idi və istənilən halda hakimiyyət qalib gəlirdi.

Bu gün Qazaxıstanda yanvar hadisələrindən sonra vəziyyət fərqlidir. Nazarbayev və onun adamları hakimiyyəti tərk edib və ona görə də seçkiləri köhnə nümunələrlə keçirmək çox çətin olacaq.

Əgər müxalifət vahid namizəd irəli sürməyi bacarsa və ötən dəfə olduğu kimi seçkilərin müşahidəsini təşkil etsə, o zaman iqtidar üçün sürprizlər ola bilər.

Bundan əlavə, Tokayev islahatlardan çox danışır, lakin hələlik konkret qərarlar yoxdur. Məsələn, Tokayev partiyaların qeydiyyatı prosedurunu sadələşdirəcəyini vəd edib, lakin indiyədək heç bir iş görülməyib və Qazaxıstanda hələ də yeni partiyalar yaranmayıb. Ona görə də bu prezident seçkiləri Tokayev üçün böyük risklər daşıyır”.

Mərkəzi Asiya üzrə ekspert, Ukrayna Ordu Tədqiqatları, Konversiya və Silahsızlanma Mərkəzinin Asiya-Sakit Okean regionu bölməsinin rəhbəri Yuri Poyta:

“Burada yeni heç nə yoxdur. Qazaxıstanda növbədənkənar seçkilərin keçirilməsinə cəhdlər ənənəvi siyasətdir. Xatırladım ki, 2005, 2011, 2015-ci illərdə Nazarbayev də növbədənkənar prezident seçkiləri elan edib və qalib gəlib. Və 7 illik səlahiyyət müddətinə keçid 2005-ci ildə tətbiq olundu, sonra yenidən 5 illik müddətə qayıdış oldu - namizədlər üçün qeyri-məhdud sayda seçilmək cəhdi ilə.

Bütün bu dəyişikliklərin, o cümlədən konstitusiya dəyişikliklərinin məqsədi təbii ki, mövcud siyasi rejimin gücünü və sabitliyini gücləndirməkdir. Bu məqsədin həyata keçirilməsinə kömək edəcək ən optimal, əlverişli model seçilir. Prezidentin mesajına baxsaq, prinsipcə, onda yeni heç nə yoxdur. Yəni həmişə hansısa məqsədlərdən danışırlar, əslində isə heç vaxt əldə olunan nəticələrdən danışmırlar.

Bu, siyasi texnologiya konstruksiyasına bənzəyir, onun əsas vəzifəsi daxili auditoriyada Prezident Tokayevin həqiqətən də siyasi islahatlara ehtiyacı olduğu fikrinə çatdırmaqdır və növbədənkənar seçkilər və prezidentlik müddətinin artırılması da məhz buna xidmət edir.

Cəmiyyətdə böyük tələbat olan ideoloji konstruksiyalardan istifadə edilir. Məsələn, Qazaxıstanda yeni bazarların qurulması, iqtisadiyyatın strukturunun yenidən qurulması, xammal asılılığından kiçik və orta biznesin dəstəklənməsinə keçid, sosial təşəbbüslər, çox gecikmiş hüquq sistemində, xüsusən də polis və məhkəmə sistemlərində islahatlar, xüsusən də iqtisadi islahatlar. Yəni, Qazaxıstan cəmiyyətində böyük tələbat olan mətləblərdən danışırlar, amma konkret çərçivə qurulmur, yol xəritələri təklif olunmur,  konkret addımlar atılmır.

Göründüyü kimi, Qazaxıstan Prezident Administrasiyası nöqteyi-nəzərindən indi ikinci Prezidentin hakimiyyətdə olma müddətinin əhəmiyyətli dərəcədə artırılmasına istiqamətlənmiş seçkilərin keçirilməsi üçün ən əlverişli məqamdır. Yəni, yanvarda onun legitimliyi məlum hadisələrlə bir qədər sarsılsa da, görünür, vəziyyət xeyli dəyişib və əhalinin bəzi qapalı sorğuları Tokayevin bu il seçkilərdə qalib gəlməyə kifayət qədər qadir olduğunu göstərir.

Yəqin ki, daha bir neçə alternativ, texniki namizəd təklif olunacaq ki, onlar, əlbəttə, onun qalibiyyətinə yaxın belə, gələ bilməyəcəklər. Beləliklə, Tokayev birinci postda səlahiyyət müddətini 2029-cu ilə qədər uzada biləcək.

Qazaxıstandakı islahatlara gəlincə, indiyədək onlar kifayət qədər səthi, kosmetik xarakter daşıyır. Siyasi rejim, sistem hələ böyük dəyişikliklərə məruz qalmayıb. Bu, qapalı avtoritar siyasi sistemdir. Söz azadlığı və seçkilərin ədalətli keçirilməsi məsələsi çox şübhəlidir. Seçki saxtakarlığı var, indiyə qədər cəmiyyətin demokratikləşməsi istiqamətində ciddi addımlar yoxdur.

Baxmayaraq ki, mitinqlərin keçirilməsi sisteminin liberallaşdırılması, siyasi partiyaların qeydiyyatı prosedurunun sadələşdirilməsi ilə bağlı “Yeni Qazaxıstan”, “Dinləyən dövlət” kimi demokratik transformasiyalara töhfə verdiyi iddia edilən müəyyən təşəbbüslər var. Amma görürük ki, hətta partiyaların qeydiyyatı sahəsində də heç nə dəyişməyib. Hazırda qeydiyyatdan keçmiş bütün partiyalar birbaşa və ya dolayı yolla hakimiyyət orqanları ilə bağlıdır. Real müxalifət qüvvələri parlamentə daxil ola, prezident seçkilərində iştirak edə bilməz. Məsələn, hazırda Qazaxıstanda olan yeganə müxalif siyasətçi - Demokratlar Partiyasının lideri Janbolat Mamay hazırda istintaq altındadır, həbsdədir. Yəni müxalifət tamamilə əzilib.

Hesab edirəm ki, rejim qorunub saxlanılacaq. Cəmiyyət əlbəttə ki, dəyişiklik istəyir, amma bu dəfə əbəs yerə gözləyirlər. Axı istənilən demokratikləşmə mövcud siyasi rəhbərliyin sadəcə olaraq hakimiyyət dəhlizlərindən kənarda qalması riskidir. Əksər postsovet ölkələrində olduğu kimi Qazaxıstanda da belədir”.(AYNA)

 Rauf Orucov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam