Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Ermənilər aksiya barədə də yalan yayırlar

Bu gün səhər saatlarından etibarən Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarının postunda etiraza başlayan Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri aksiyanı davam etdirirlər.

Yenixeber.org: Ermənistanın bəzi mətbuat orqanları sosial şəbəkə hesablarında aksiya ilə bağlı yalan məlumat yayaraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.

Belə ki, "Baqramyan 26" adlı teleqram kanalında guya Azərbaycan Ordusunun Laçın dəhlizini bağladığı, Azərbaycan ərazisində yaşayan erməni əhalisini blokadaya aldığı barədə yalan məlumatlar yayılıb. Ermənilərin dezinformasiya şəbəkəsi mülki təşkilatların dinc aksiyasını az qala hərbçilərin hücumu kimi qələmə verirlər.

Qeyd edək ki, Xankəndi-Şuşa yolunda toplaşan etirazçılar arasında ekoloji fəallar daxil olmaqla, müxtəlif QHT-lərin nümayəndələri də var. Aksiya Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədardır.

Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam