Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər davam etdirilib - Gəncədə (FOTOLAR)

QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər davam etdirilib - Gəncədə (FOTOLAR)

 

Oktyabrın 14-də Gəncədə "Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində “QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişafı” mövzusunda təlim keçirilib.

Xeberinfo.com:   Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı  ilə "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi tərəfindən YAP Gəncə şəhər təşkilatının qərargahında  keçirilən təlimdə 30-dan çox QHT nümayəndəsi və gənc fəallar iştirak edib.

Təlimin layihə rəhbəri və qht.az saytının baş redaktoru Cəsarət Hüseynzadə bildirib ki, layihənin əsas məqsədi QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişaf etdirilməsidir. Məlumat verilib ki, indiyədək Bakı, Şirvan, Quba və Mingəçevir şəhərlərində 100-ə yaxın QHT üzvləri üçün təlimlər keçirilib.

Layihə çərçivəsində 400 QHT üçün subdomenli saytlar, 150-yə yaxın QHT liderləri üçün isə bloqlar yaradılıb. Cari ilin mayında başlayan layihənin noyabrın 5-də yekunlaşacağını qeyd edən təlimçi vurğulayıb ki, şəbəkədə daha çox aktivlik göstərən QHT-lərə və gənc fəallara xüsusi mükafatlar təqdim olunacaq.

Təlimdə QHT-lərin vətəndaş cəmiyyəti şəbəkəsinin (www.qht.az) elektron bazasında qeydiyyatı, onlara məxsus subdomenli saytların idarə olunması, QHT liderlərinin informasiya bankının yaradılması, bloqlarının idarə olunması və qht.az xəbər saytına QHT-lər tərəfindən xəbərlərin daxil edilməsi ilə bağlı praktiki məşğələlər aparılıb. Təlimlər zamanı bir neçə təşkilat üçün subdomenli saytlar yaradılıb.

Sonda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

 

Tədbirlə bağlı videomaterialın linki:

https://www.youtube.com/watch?v=YkeYVU4yWlg

Videonu yayımlama kodu:

<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/YkeYVU4yWlg" frameborder="0" allowfullscreen></iframe>

QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər davam etdirilib - Gəncədə (FOTOLAR)
QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər davam etdirilib - Gəncədə (FOTOLAR)
QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər davam etdirilib - Gəncədə (FOTOLAR)
QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər davam etdirilib - Gəncədə (FOTOLAR)
QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər davam etdirilib - Gəncədə (FOTOLAR)
QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər davam etdirilib - Gəncədə (FOTOLAR)
QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər davam etdirilib - Gəncədə (FOTOLAR)
QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər davam etdirilib - Gəncədə (FOTOLAR)
QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər davam etdirilib - Gəncədə (FOTOLAR)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam