Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri görüşdü

Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri görüşdü  
Dekabrın 6-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri – Şahin Mustafayev, Aleksey Overçuk və Mger Qriqoryanın həmsədrliyi ilə üçtərəfli işçi qrupunun on birinci iclası keçirilib.
Yenixeber.org: Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasında, eləcə də iki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına yönəlmiş səylər məsələsində Rusiyanın müsbət rolunu vurğulayıblar. İclas iştirakçıları Azərbaycan, Ermənistan və Rusiyanı birləşdirən dəmir yolunun tikintisi, dəmir yolu rabitəsinin inkişafı və daşımaların təşkili ilə bağlı məsələləri müzakirə ediblər.
“Tərəflər Ermənistan, Rusiya və Azərbaycan liderləri tərəfindən imzalanmış regionda nəqliyyat və iqtisadi əlaqələrin bloklanmasına dair üçtərəfli bəyanatların icrası üzərində işi davam etdirəcəklər”, - məlumatda deyilib.
Azərbaycan və Ermənistan tərəfləri görüşün təşkilinə və yüksək səviyyədə qəbula görə Rusiya Federasiyasına minnətdarlıqlarını bildiriblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam